Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərə HÖKM OXUNDU

Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərə HÖKM OXUNDU
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürərək mənimsəməkdə ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
YeniMeydan.info teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

Qulu Muxtarov bildirib ki, Səadət Xəlilovun zərərçəkmiş dən əvvəlcədən pul almasından xəbəri olmayıb. Onun sözlərinə görə, pulun alınması və ya verilməsində iştirak etməyib. O, bunların nəzərə alınmasını istəyib.

Digər təqsirləndirilən şəxs də Səadət Xəlilovun pul alınmasından xəbərsiz olduğunu deyib. O deyib ki, hökmü Allah versin, heç kim başına nə iş gələcəyini bilmir.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan ediblər.

Hökmə əsasən, Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov 7 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslərinmhər birinin 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu bu işə pul yatırmağa inandırıblar.

Tağı Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib.

Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb.

Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.

Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.

Qeyd edək ki, cinayət işində adı hallanan Səadət Xəlilovun cinayət işi ayrıca icraata araşdırılıb. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan məhrum olunub.
Teqlər:
Bu xəbər cəmi 595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR