Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ƏLİYEV “VARDANYAN PLANI”NI NİYƏ Aİ ELÇİSİNİ QƏBUL EDƏRKƏN DİLƏ GƏTİRDİ?

ƏLİYEV “VARDANYAN PLANI”NI NİYƏ Aİ ELÇİSİNİ QƏBUL EDƏRKƏN DİLƏ GƏTİRDİ?
İlham Əliyev bununla Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək, Qərbə isə izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır.
Tribuna.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Prezident İlham Əliyevin fikirlərini şərh edərkən deyib. O bildirib ki, prezident Qarabağa gətirilən Ruben Vardanyanla bağlı mövqeyini bu dəfə açıq mətnlə elan etdi:

“Əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Aİ elçisini qəbul edərkən dilə gətirməsidir.
Bu haqda öncə də yazmışdıq: Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir. Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox, erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasını istəmir. Və burada Vardanyan oyununun hədəfi ortaya çıxır.

Təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir, Bakı bunu qəbul etmir. Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndinə gətirdilər, qondarma “dövlət naziri” etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq, Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndində təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı”.

A.Nərimanlı hesab edir ki, Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır:

“Planı quran və icra edən Rusiyadır, lakin Ermənistan və erməni diasporu/lobbisi də ortaqdır, Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir. Əliyev Qərbə məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur və biz bunu qəbul etməyəcəyik.

“Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında konsensus” məsələsi də təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını – bu, Rusiya və Ermənistanın marağındadır – arxa plana keçirməyə hesablanıb. Bakı tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajı verir”.

Nigar
Teqlər:
Bu xəbər cəmi 570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR