Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?..

Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?..
Hesablama Palatası AZAL-da aparılan yoxlamalardan sonra qiymətlərin optimallaşdırılmasını tövsiyə edib.
Hamıya məlumdur ki, AZAL -ın təklif etdiyi qiymətlər çox yüksək səviyyədədir. Bu özünü əsasən beynəxalq uçuşlar zamanı büruzə edir. Göstərilən xidmət və qarşılığında təklif edilən qiymət tərs mütənasibdir. Yəni mütəxəssislər belə hesab edir. Amma hər kəsə bəllidir ki, qiymətləri inzibati qaydada endirmək də çıxış yolu deyil. “AZAL” inhisarçıdır, hökumət bu şirkətin rəqabətsiz şəraitdə işləməsinə şərait yaradır. Ona görə də AZAL istədiyi qiyməti diqtə edə bilir.

"Mediatv.az"-ın məlumatına görə, iqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, AZAL-ın qiymətləri, aviabiletlərə tətbiq etdiyi qiymətlər AZAL-ın göstərdiyi xidmət üzrə ən yaralı, ən mənfi məqamdır. İqtisadçının fikrincə, bu ondan irəli gəlir ki, AZAL monopolist şirkətdir. Yəni faktiki olaraq ölkədə mülki aviasiya üzrə AZAL-dan başqa heç bir avia şirkət yoxdur, fəaliyyət göstərmir. AZAL-ın praktiki olaraq rəqabət aparmaq üçün qarşısında heç bir digər avia şirkət mövcüd deyil. Bu səbəbdən də, AZAL aviabiletlər üzrə istədiyi qiymətləri tətbiq edir. Tətbiq edilən həmin qiymətləri AZAL-ın göstərdiyi xidmətlərə müvafiq olub-olmadığı qətiyyən heç bir şəkildə nəzərə alınmır.

P.Heydərov deyir ki, bu indinin problemi deyil. Neçə illərdir ki, bu çox ciddi bir müzakirə mövzusu, ciddi bir problem hesab edilir. Haqlı olaraq sərnişinlərin, AZAL-ın xidmətindən istifadə edənlərin narazılığına şərait yaradır. Buna görə də, Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində, bilavasitə bu faktı ortaya çıxarması heç bir halda qeyri-adi bir məsələ hesab oluna bilməz.

“Ümumiyyətlə, Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində üzə çıxardığı neqativ halın, yalnız məhz bundan ibarət olduğu, hətta ciddi mübahisə olunmalıdır. Əslində AZAL monopolist şirkət olduğuna görə, neqativ hal var. AZAL-da hamını narahat edən məsələ aviabiletlərin qiymətlərinin baha olmasıdır. Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində üzə çıxardığı əgər yeganə məsələ bu hesab olunursa, bu heç bir reaksiya doğurmur. Əslində həmin yoxlamaların özünün keyfiyyətinə ciddi şübhələr yaradır. Ortaya ciddi suallar çıxarır. Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində yalnız bu faktın ortaya qoyulması kifayət hesab edilmir”,- deyə o qeyd edib.

İqtisadçı hesab edir ki, mülki aviasiya sahəsində rəqabət şəraitinin yaranmasına nail olunmasa, o zaman AZAL-ın qiymətlərindən vətəndaşların narazılığı ilə qarşılaşacağıq. Bundan sonra qiymət amili məsələsində neqativ hallar davam edəcək. Yəni bütün bu problemlərin həll yolu, bazarda digər iştirakçıların olmasını da təmin etməkdir.
0
Teqlər:
Bu xəbər cəmi 620 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR