Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (İran hakimiyyəti Şahindej adlandırıb) şəhərinin sakini, atası İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərb-polis rejimi tərəfindən öldürülüb.
Mediatv.az xəbər verir ki, məlumatı GünAzTV yayıb.
Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi barədə xəbərin yayılmasının qarşısını alıb. Ona görə də M.Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.