Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən veteranlar parkında istirahət edən sakinlərin qarşısına ağacdan asılmış kişi meyiti görüblər.
Təxminən 30 yaşında olan kişi ağacdan asılmış vəziyyətdə aşkarlanıb. Onun nə vaxt və hansı səbəbdən özünü asması məlum deyil. O, parkın ortasında tut ağacında boğazına ip keçirərək həyatına qəsd edib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib.
Suraxanı rayon Prokurorluğundan bildirilib ki, özünü asan şəxsin şəxsiyyəti məlum deyil. Hadisə yerinə istintaq qrupu göndərilib.