Noyabrın 6-da baş tutacaq 44-cü İstanbul Marafonuna 60 mindən çox iştirakçı qatılacaq.
Bu, qeyri-adi qitələrarası idman tədbiridir. Qaçışçılar şəhərin Asiya hissəsindən start götürəcək və Boğazın Avropa tərəfində Osmanlı sultanlarının məşhur “Dolmabahçe” sarayının yaxınlığında finiş xəttini keçəcəklər.
Yarışın 15 kilometrlik hissəsində və tam 42 kilometrlik marafonda 30 minə yaxın idmançının, 8 kilometrlik kütləvi yürüşdə isə eyni sayda həvəskarın iştirak edəcəyi gözlənilir.