Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlətin paraları boşuna xərclənir - NƏ ETMƏLİ?

Dövlətin paraları boşuna xərclənir - NƏ ETMƏLİ?
Ekspertlər isə hesab edir ki, şagirdlərin məktəbdən yayınmasının müxtəlif səbəbləri var.

Yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu hər kəs bilir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. Məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Məktəb direktoru və dərsdə olmalı olan bəzi müəllimlər, həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Şagirdlərin əksəriyyətinin isə digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslər olduğu da müəyyən edilib.



Qeyd edək ki, yuxarı siniflərdə dərsə davamiyyətin zəif olmasına ölkənin əksər məktəblərində rast gəlinir. Eyni zamanda, müşahidələr göstərir ki, xüsusilə 9-cu sinifdən başlayaraq valideynlər kütləvi şəkildə öz övladlarını təhsil aldığı məktəbdən çıxararaq daha ucqar təhsil müəssisələrinə yerləşdirirlər. Hətta bunun üçün məktəb rəhbərliyi ilə valideynlər arasında müəyyən sövdələşmələrin olduğu da bildirilir.



Ekspertlər isə hesab edir ki, şagirdlərin məktəbdən yayınmasının müxtəlif səbəbləri var.



Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 9-cu sinfi bitirəndən sonra elektron sistemdə şagirdlərin kütləvi şəkildə xüsusən Bakıdan bölgələrə, yaxud da Bakıətrafı məktəblərə yerdəyişməsi baş verir. Bunun əsas səbəbi X-XI siniflərdə şagirdlərin repetitor yanına, hazırlıq kurslarına bilavasitə getməsi ilə bağlıdır. Orta məktəblərdə təhsilin keyfiyyəti o qədər də yüksək deyil ki, şagirdlər məktəb divarları arasından birbaşa ali məktəbə daxil olsunlar. Burada şagirdləri müəyyən qədər başa düşmək də olar: “Şagird yerdəyişməsi elektron qaydada aparılır və nazirlik də kütləvi yerdəyişmənin baş verdiyini görür. Demək, burda nazirlik bu məsələyə maraqlarına görə göz yumur.

Məktəblərdə adi monitorinq aparılsa, mövcud vəziyyət ortaya çıxacaq. Bu problemin aradan qaldırılması üçün bütün məktəblərin girişində barmaq izi ilə işləyən turniketlər olmalıdır”.



Ekspertin sözlərinə görə, uşaqların məktəbdə olmaması dövlətin verdiyi pulun boşa getməsindən başqa bir şey deyil. Ona görə biz bu kimi problemlərin qarşısını almaq üçün həm də elektron jurnal tətbiq etməliyik.



Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, daha çox şəhər məktəblərindən valideynlər övladlarını çıxararaq ucqarlarda məktəblərə yazdırırlar. Həmin uşaqlar isə məktəblərdə bir gün də olmurlar:



“Həmin vaxtlar valideynlə məktəb rəhbərliyi arasında anlaşma olur ki, uşaq dərsə gəlməsin və ali məktəb üçün müəllim yanına hazırlığa getsin. Ona görə də əksər orta məktəblərdə yuxarı siniflərdə dərsə gedən uşağı demək olar ki, məktəbdə tapmaq olmur. Biz məktəblərə normal direktorlar təyin etmədikcə bu kimi hallar yaşanacaq.



Çox açınacaqlı haldır ki, bu gün bizim şagirdlər repetitor yanına gedərək ali təhsil müəssisəsinə daxil olurlar. Əlbəttə, repetitor yanına getmək xeyli zaman alır. Bu mənada valideynləri başa düşürəm. Bu, çıxış yolu deyil, biz məktəblərdə təhsilin səviyyəsini artırmalıyıq. Cəmiyyət özü də bu məsələlərdə aktiv iştirak etməlidir. Məktəbi “bazar”a çevirənlər məktəbdən mütləq şəkildə uzaqlaşdırılmalıdır”.



Sosioloqun sözlərinə görə, valideynlər aşağı siniflərdə cənub bölgəsində qız uşaqlarını “onsuz da mən onu oxutdurmayacam”, “Bakıya göndərə bilmirəm” kimi düşüncələrlə dərsdən yayındırırlar:



“Oğlan uşaqlarının bir qismi ticarətə cəlb olunaraq təhsildən uzaqlaşdırılır. Valideyn düşünür ki, uşaq ticarətlə məşğul olaraq öz həyatını davam etdirsə daha yaxşıdır. Ümumiyyətlə, təhsildən yayınma ilə bağlı məsələ heç ürəkaçan deyil. Bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var”.





Teqlər:
Bu xəbər cəmi 645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR