Çində kosmik fəzada hərəkət və enerji hasilatı üçün layihələndirilmiş nüvə reaktoru sınaqdan uğurla çıxıb.
APA-nın xəbərinə görə, bu barədə “Space News” məlumat yayıb.
Bildirilir ki, reaktoru Çin Elmlər Akademiyası layihələndirib. Avadanlıq kosmik gəminin hərəkəti və elektrik avadanlıqlarının qidalandırılması üçün 1 meqavat enerji hasil edə bilir.
pia.az