Yeni meydan.info xəbər verir ki, bu barədə jurnalist, araşdırmacı Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb, bir sonra 15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub:
“Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi.
Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı”, – deyə o qeyd edib.