Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“İsa Qəmbərlə İbrahimbəyov arasında intiriqa yaradanlar bundan əl çəksinlər”

“İsa Qəmbərlə İbrahimbəyov arasında intiriqa yaradanlar bundan əl çəksinlər”
“Müsavat Partiyası fəaliyyəti ərzində həmişə açıq mövqedə olub. Bəziləri elə bilir ki, biz bir qərar veririk, amma arxada nəsə başa cür düşünürük. Belə bir məsələ yoxdur. Müsavat Partiyası Milli Şuranın yaradılmasında çox böyük fədakarlıq edib. Bu partiya heç bir siyasi təcrübəsi olmayan adamı vahid namizəd olaraq seçib. Aydın mövqe qoyub ortaya, bu gün də o mövqenin arxasındadır”.


Bunu müsavat məclisinin üzvü Vurğun Əyyubqurumun toplantısındakı çıxışında deyib. O, bildirib ki, Müsavat Partiayısının seçki prosesində görəcəyi işlər sabah Rüstəm İbrahimbəyovun prezident seçkilərində seçilməsinə xidmət edir: “Müsavat Partiyası ilə, Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasında intiriqa yaradanlar bundan əl çəksinlər”. 



Toplantıda həmçinin Müsavat Patriyası Məclisi adından bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, Müsavat Partiyasının 4 yanvar 2013-cü ildəı keçirilən Məclisdə bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın namizədi kimi Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyi irəli sürüldükdən sonra partiya üzvlərinə qarşı represiyalar daha da güclənməkdədir: “Bu müddət ərzində Müsavat Gənclər Təçkilatının sədr müavini Nigar Yaqubluya məhkəmə hökmünün elan olunması, partiyanın başqan müavini, "Yeni Müsavat"qəzetinin köşə yazarı Tofiq Taqublunun İsmayılı hadisələrinə görə şərlənərək həbs edilməısi, Bakı, Gəncə və Sumqayıt şəhərlərində Müsavat fəallarının sutkalıq həblərlə cəzalandırılması, 28 may- Respublika günü tədbirində partiya başqanının müşaviri Mustafa Hacıbəylinin həbs olunması və son olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işinin açılmaı və onun barəsində 2 aylıq həbsqətimkan tədbiri seçilməsi deyilənləri təsdiqləyir.



Müsavat Partiyasının Məclisi bildirir ki, müsavatçılara qarşı həyata keçirilən təqib və təzyiqlər, eləcə də Yadigar Sadıqovun şərlənərək həbs olunmasının gerçək motivi onların fəal müxalifətçi mövqeyində dayanmasıdır. Yadigar Sadıqov Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvar ayında Lənkərana dəvət edilməsinin təşəbbüskarlarından biri olub. O, Lənkəranda və ətraf rayonlarda cəmiyyəti seçki ilində faəllığa səsləyib.



Müsavat Partiyasının Məclisi hakimiyyəti repressiyalardan əl çəkməyə çağırır, Nigar və Tofiq Yaqubluların, Yadigar Sadıqovun, eləcədə bütün digər siyasi məhbusların dərhal həbsdən azad olunmasının və onlara qarşı qanunsuzluqlara rəvac verənlərin məsuliyyətə cəlb olunmasının tələb edir.



Müsavat Partiyasının Məclisi eyni zamanda onu da bəyan edir ki, partiya üzvlərinin müdafiəsi iostiqamətində qanunun icazə verdiyi bütün metoblardan istifadə edəcək”.


Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR