Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Pulumuzu manatla, yoxsa dollarla saxlayaq? – FED-in qərarındakı QEYRİ-MÜƏYYƏNLİKLƏR

Pulumuzu manatla, yoxsa dollarla saxlayaq? – FED-in qərarındakı QEYRİ-MÜƏYYƏNLİKLƏR
“Konkret olaraq, FED-in qərarına qədər 0,25%-lik artım gözlənilən idi. Buna görə də, bazarlarda bütün əmtəə və xidmətlərin qiymətlərində əks etdirmişdilər. Hətta bəzi analitiklər və investorlar 0,5% bəndində artım gözləyirdi. Dünənki qərarın 0,25% olması isə, bazarlarda şok effekti yaratmadı və bu gün bütün dinamika yenidən bərpa olunub”


Dia.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov bildirib.



Belə ki, FED-in (Federal Ehtiyatlar Sistemi – ABŞ Mərkəzi Bankı səlahiyyətlərini icra edir) faiz dərəcələrindəki artımın neft qiymətlərinə və digər valyutalara təsirini şərh edən ekspert davam edən prosesləri müxtəlif istiqamətlərdən şərh edib:



“1. Neftin qiyməti tam olaraq FED-in faiz dərəcələrindən asılı deyil. Sakit dövrlərdə bu belə qəbul oluna bilərdi. Lakin Rusiya-Ukrayna müharibəsi, pandemiya olmasa idi, FED-in qərarı əmtəə qiymətlərinə birbaşa təsir edə bilərdi. Neft-qaz qiymətinə hal-hazırda müharibə, sanksiyalar, tələb-təklif birbaşa təsir göstərir.



2. Valyuta cütlüklərinə gəlincə isə, dollar onsuz da kifayət qədər güclüdür. Çünki müharibə, pandemiya kimi məsələlər riskləri saxladığından dollara qaçış hələ də davam edir. Riskli aktivlərə meyil hələlik yoxdur. Göründüyü kimi, faiz artımı belə bazarlara ciddi təsir etmədi”.



Elman Sadıqovun sözlərinə görə, FED-in qərarında qeyri-müəyyənliyin olduğunu da vurğulayıb:



“Çox önəmli məsələ ondan ibarətdir ki, FED-in ritorikasında az da olsa qeyri-müəyyənlik və narahatlıq var idi. Bu açıq şəkildə səsləndirilməsə belə, Rusiyaya qoyulan sanksiyaların qlobal iqtisadiyyata hansı təsirlərinin olacağı hələ də sual altındadır. Bunun özü qeyri-müəyyənlik yaradır”.



Qeyri-müəyyənliyin səbəblərinə gəlincə…



“ABŞ-da işsizlik səviyyəsi fevral ayına görə 3,8%-dir. Bu çox uyğun bir işsizlik faizidir. Çünki 5%-in altında işsizlik nisbəti normal qəbul olunur, 3,8% isə mükəmməl göstəricidir. Hətta FED rəhbəri qeyd etdi ki, əmək bazarında yaxşı mənada ciddi sıxlıq var. Hal-hazırda Amerika bazarında iş yaranma sürəti daha güclüdür.



Digər tərəfdən inflyasiya dərəcəsi 7,9%-dir. Əslində bu, çox yüksəkdir. Bu səbəbdən FED 0,5% bəndində artıma getməli idi. FED-in bu addımı atmamasının səbəbi isə, daha yüksək risklərin olduğunu deməyə əsas verir və bu bazarlarda nəzərə alınır. Qərarın qaz və neft qiymətlərinə ciddi təsir edəcəyi ehtimalı yüksək deyil”.



Elman Sadıqov FED-in faiz dərəclərini artırmasının digər valyutalara və manata mümkün təsirlərini də analiz edib:



“Amma monetar məsələni diqqətə saxlamalıyıq. Gözlər hal-hazırda Avropa və Böyük Britaniya mərkəzi banklarının üzərindədir. FED-in faiz artımına getməsi, bazara əlavə dollar axışının məhdudlaşması, dünyaya səpələnmiş dolların Amerikaya dönüşü ilə nəticələnir. Yəni biz, əmtəə qiymətlərindən daha çox, dolların öz yurd-yuvasına qayıtmasını diqqətdə saxlamalıyıq. Ucuz dollar erası artıq bitməkdədir. Bundan sonra, asanlıqla investisiyalar, digər ölkələrin banklarında depozitlərdən daha çox dollar öz ölkəsinin bankına geri dönəcək. Bu aspektdə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq formalaşacaq.



Lakin Azərbaycana manatına bu təsir etməyəcək. Çünki manata təsir neftin qiymətindən asılıdır. Neftin qiyməti yüksək olduqca, dolların fazi dərəcəsinin neçə olmasından asılı olmayaraq, Azərbaycan manatına təzyiqlər nisbətən yumşaq və azdır”


Teqlər:
Bu xəbər cəmi 1655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR