Rusiya prezidenti yanında xüsusi komissiya var. Bu komissiya həmin müraciətləri nəzərdən keçirib 30 gün ərzində cavab verir. Müraciətlərə baxılmasının ən maksimal müddəti 30 gündür”.
Bunu virtualaz.org saytına açıqlamasında Rusiyadakı Azərbaycanlıların “AzerRos” Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov deyib. O, bunu oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifətçi koalisiyanın - Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum edilməsi proseduru məsələsini saytımıza şərh edərkən bildirib.
S.Sadıqovun sözlərinə görə, hər hansı bir şəxsin Rusiya vətəndaşlığından məhrum olunmasından imtina edilməsi yalnız mövcud Rusiya qanunlarının pozulması halında mümkündür.
“Mən Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından məhrum olunmasından imtina edilməsinə heç bir xüsusi əsas və ya səbəb görmürəm. İndi çox adam Rusiya vətəndaşlığından imtina edir və digər ölkələrin vətəndaşlığını qəbul edir. Onların heç biri bu məsələdə hər hansı problemlə üzləşmir. Belə bir presedent Gürcüstanın indiki baş naziri Bdzina İvanişvili ilə bağlı da olmuşdu. Amma İvanişvili müvafiq qurumlara rəsmi müraciət edəndən sonra onu heç bir problem olmadan Rusiya vətəndaşlığından məhrum etdilər” - deyə S.Sadıqov bildirdi.
Xatırladaq ki, prezident Vladimir Putinin səlahiyyətli nümayəndələri təsisatı Rusiyadakı prezident seçkiləri ərəfəsində formalaşdırılıb. Səlahiyyətli nümayəndənin Rusiya vətəndaşları adından prezidentlə və əksinə, prezidentin adından vətəndaşlarla danışmaq üçün bütün hüquqları var. Onların hüquqları ilə geniş tanış olmaq üçün bu linkə baxın:
http://xn--80adffaavxqag0a8f2c.xn--p1ai/chelyabinskaya-oblast/person/vyacheslav-afanasev-yurevich/chto-mozhet-doverennoe-litso-vladimira-putina