Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qarabağda antiterror əməliyyatına başlamaq üçün önşərtlər

Qarabağda antiterror əməliyyatına başlamaq üçün önşərtlər
Ekspert: “Cəmiyyətdə fikir formalaşmaqdadır ki, Qarabağın bizim nəzarətimiz altında olmayan hissəsindəki erməni hərbi birləşmələrinin təmizlənməsini də Azərbaycan özü həyata keçirməlidir”


Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başlayacağı haqda informasiyaların ardı-arası kəsilmir. Maraqlıdır ki, bu informasiyalar müvafiq rəsmi qurumlar tərəfindən təkzib edilsə də, əməliyyatlar başlamasa da, xalq deyir, olacaq və olmalıdır. Bu qənaətin yaranması hansısa gizli PR işidir, yoxsa xalqın arzusudur, sosial tələbdir? Bu məlumatları Ermənistan xüsusi xidmətinin yaydığı haqda bilgilərin olduğu deyilir. Azərbaycan antiterror əməliyyatlarına başlasa, buna Qərb sərt reaksiya verər, yoxsa Rusiya? Yaxud hər ikisi?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, hazırda Rusiya hərbi kontingentinin Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında anti terror əməliyyatlarının keçirilməsi ilə bağlı son dövrlər media və sosial şəbəkələrdə intensiv olaraq məlumatlar yayılmasının bir neçə səbəbləri ola bilər: “Bunlardan biri ictimai rəyi buna hazırlamaq ola bilər və gələcəkdə bu istiqamətdə hansısa addımların atılması üçün ictimai rəydə bir baza yaratmaq məqsədi güdülə bilər. Digər tərəfdən, bu cür informasiyaların durmadan yayılması Ermənistan xüsusi xidmət orqanlarının da fəaliyyətinin ortaya çıxardığı məsələ ola bilər. Bununla Ermənistan hazırda yaranmış beynəlxalq durumdan istifadə edərək Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq niyyəti güdə bilər. Belə ki, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin əksər dövlətlərinin və təşkilatlarının Rusiya ilə münasibətlərində çox ciddi gərginliklər yaşanır. Ermənistan da bundan istifadə edərək Qərbi Azərbaycana qarşı qoyub Azərbaycana təzyiq edilməsinə nail olmağa çalışır. Bundan başqa, əlbəttə ki, savaş bitəndən sonra, xüsusilə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əməl edilməməsinə görə Azərbaycan cəmiyyətində belə bir fikir formalaşmaqdadır ki, Qarabağın bizim nəzarətimiz altında olmayan hissəsindəki erməni hərbi birləşmələrinin və erməni terrorçu qruplarının təmizlənməsini Azərbaycan özü həyata keçirməlidir. Bu, Azərbaycan xalqının və dövlətinin təbii, konstitusion haqqıdır”.

Oqtay Qasımov: “Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi”

Oqtay Qasımov

Politoloq qeyd etdi ki, amma bu cür addımların atılması üçün mütləq gərək hər şey dəqiq ölçülüb-biçilsin. Şərtlərin imkan verdiyi zamanda, anda bu addımı atmaq mümkün ola bilər: “Bunun üçün düşünürəm ki, öncə 10 noyabr anlaşmasında qarant ölkə kimi çıxış edən Rusiya qarşısında məsələ qaldırılmalıdır. Xüsusilə də 10 noyabr anlaşmasının 4-cü maddəsinə görə erməni silahlı birləşmələri ərazini tərk etməlidir və bu prosesi əslində Rusiya sülhməramlı kontingenti həyata keçirməliydi ki, ruslar bunu hələ də həyata keçirməyiblər. Ona görə də məsələ Rusiya qarşısında qoyulmalıdır və müzakirə olunmalıdır. 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin yerinə yetirilməsi tələb edilməlidir. Bundan sonra isə beynəlxalq səviyyədə də məsələ həllini tapır. Biz bu məsələdə Rusiyanın və Qərbin Azərbaycanın haqlı olduğunu qəbul etməsinə bu şəkildə nail olmalıdır. Bundan sonra biz lazımi addımı ata bilərik. Azərbaycan diplomatik addımlarla öncə Rusiyanın və Qərbin bizim atacağımız addımlara normal münasibət bəsləməsinə nail olmalıdır. Antiterror əməliyyatlarının keçirilməsi Azərbaycan cəmiyyətinin istəyidir. Ancaq dediyimiz kimi, bundan öncə görülməli işlər var. Uyğun şərtlər yaranandan və yaradılandan sonra o arzuları həyata keçirmək olar”.


Teqlər:
Bu xəbər cəmi 1660 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR