Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Seçkilərlə bağlı Avropa Parlamentindən daha bir açıqlama

Seçkilərlə bağlı Avropa Parlamentindən daha bir açıqlama
“Azərbaycan oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi məqsədilə bu ilin may ayında Avropa Parlamentinə dəvət məktubu göndərib”.


APA-ya açıqlamasında Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, Avropa Parlamentinin Prezidentlər Konfransı, Demokratiyaya dəstək və seçki koordinasiya qrupu bu ilin 4 iyulunda keçirilən iclasında 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkiləri müzakirə edib və bir sıra ölkələrə seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar verib: “ Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkə seçilib və yalnız bu ölkələrə rəsmi seçki müşahidə missiyası göndəriləcəyinə dair qərar qəbul edilib. Bu qərara əsasən, Azərbaycana oktyabr ayında keçiriləcək prezident seçkiləri üçün Avropa Parlamentinin rəsmi seçki müşahidə missiyası göndərilməməsi nəzərdə tutulub”. 



 Millət vəkili deyib ki, Avropa Parlamenti bu ilin ikinci yarısında yalnız Gürcüstan, Tacikistan, Nepal və Hondurasa rəsmi seçki müşahidə missiyası göndərəcək: “Məhz bu ölkələrə seçki müşahidə missiyası göndərilməsi ilə bağlı qərar adıçəkilən ölkələrdə böyük problemlərin ola biləcəyi, buna görə də həmin seçkilərlə bağlı Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi ilə əsaslandırılıb. Bu qərar Prezidentlər Konfransının və Koordinasiya qrupunun qərarı olaraq qüvvədədir”.


Teqlər:
Bu xəbər cəmi 1090 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR