Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistləri təhqir edən Feyziyevi hansı cəza gözləyir?- baş prokuror təqdimat versə...

Jurnalistləri təhqir edən Feyziyevi hansı cəza gözləyir?- baş prokuror təqdimat versə...
Deputatla bağlı bir şikayət artıq icraata götürülüb; “Yeni Müsavat” Media Qrupunun 3 əməkdaşı da onu məhkəməyə verəcək


Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib. Jurnalistlər onun barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Musavat.com xəbər verir ki, Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.

Fevralın 17-də Səbayel Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.

Musavat.com-un məlumatına görə, Cavanşir Feyziyevin təhqir etdiyi redaktorların böyük əksəriyyəti iddia ərizələrini hazırlayb, məhkəməyə təqdim etmək ərəfəsindədirlər. Onları məhkəmədə tanınmış vəkil Elçin Sadıqov təmsil edəcək.



“Yeni Müsavat” Media Qrupunun 3 əməkdaşı da Cavanşir Feyziyevi məhkəməyə verəcək. Artıq iddia ərizəsi hazırdır. Sevinc Telmanqızı, Rauf Arifoğlu və Xalid Kazımlı heç bir əsas olmadan, deputat Feyziyev tərəfindən təhqir olunub.

Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1-ci bəndində yazılır ki, şəxs yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda 1000 manatdan 1500 manatadək miqdarda cərimə oluna bilər. Həmçinin həmin şəxs 240 saatdan 480 saatadək müddətə ictimai işlərə, bir ilədək müddətə islah işlərinə, 6 ayadək isə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.

Həmin maddənin 2-ci bəndinə əsasən isə şəxs ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atarsa, 2 ilədək müddətə islah işləri, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Vəkil Anar Məmişov Musavat.com-a bildirib ki, konstitusiyanın 90-cı maddəsinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlıq hüququ var:

“Deputat olduqları müddətdə onların şəxsiyyəti toxunulmazdır. Həmin müddət ərzində onlar cinayət başında yaxalanmaq istisna olmaqla, heç bir halda cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbs edilə bilməz, məhkəmə qaydasında inzibati qaydada tənbeh tədbiri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz. Yalnız deputat cinayət başında yaxalandığı halda tutula bilər. Belə olan halda da onu tutan orqan baş prokurora məlumat verməlidir. İndiki halda Cavanşir Feyziyevin cinayət başında yaxalanması məsələsi yoxdur”.

Vəkil qeyd edir ki, Milli Məclisin deputatının toxunulmazlığına baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər: “Şəxsin toxunulmazlıq hüquqi varsa, onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

İndiki halda da həmin deputatın toxunulmazlığı olduğu üçün işi məhkəmə icraata qəbul etməkdən imtina edəcək. Amma mülki qaydada şikayət ola bilər. Şərəf və layaqətin müdafiəsi iki formada var. Xüsusi ittiham qaydasında və mülki qaydada. Mülki Məcəllədə normalar var ki, maddi və mənəvi zərərin müdafiəsi ilə bağlı addımlar atıla bilər. Mülki Məcəllədə qeyd edilir ki, hər bir şəxsin şərəf və ləyaqəti qorunur, şəxsin işgüzar nüfuzuna dəymiş zərərin əvəzi ödənilə bilər. Bu məsələ ilə bağlı mülki qaydada iddia verə bilərlər".

Valideynlər övladlarından imtina edə bilər?

Anar Məmişov əlavə edib ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunması üçün baş prokuror Milli Məclis təqdimat verməlidir: “Deputatın toxunulmazlığına xitam verildikdən sonra mümkündür. Necə ki, polis əməkdaşını döyən deputatla bağlı Milli Məclisə təqdimat verilmişdi. Baş prokurorun təqdimatı ilə Milli Məclis polis əməkdaşını döyən Eldəniz Səlimovun toxunulmazlıq hüququnu ləğv etdi. Bundan sonra onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu”.

 

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı deputatı məhkəməyə vermələri haqda danışarkən deyib ki, Feyziyev dediklərinə, yazdıqlarına görə cavab verməlidir:

“Cavanşir Feyziyev öz bədnam məqaləsində ünvanımıza elə ciddi ittihamlar və ağır həqarətlər irəli sürüb ki, bunun üstündən sükutla keçmək mümkün deyildi. Üstəlik, o, bu yazını həm özü ictimailəşdirib, həm də başqa saytların onu tirajlamasını təşkil edib. Bu baxımdan cavab verməlidir ki, tanınmış jurnalistləri satqın, agent, cibgir, dələduz adlandırarkən nəyə əsaslanır”.


Teqlər:
Bu xəbər cəmi 1480 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR