Deputatlar, ictimaiyyət nümayəndələri, ekspertlər onun dərhal istefaya göndərilməsini tələb etməyə başlayıb. Bu tələblə Milli Məclisin rəhbər şəxsləri və üzvüləri, akademiklər, elm xadimləri, politoloqlar, siyasi partiya nümayəndələri də çıxış edir. Amma bu qalmaqalda diqqətçəkən bir məqam var:
Ramiz Mehdiyevin məsələsi AMEA-da müzakirə olunmur, qurumun Rəyasət Heyəti üzvləri, başqa rəhbər strukturların nümayəndələri onun haqqında bir kəlmə də olsun danışmır. İndiyə qədər heç bir kollegial qurumda onun istefaya getməsi məsələsi qaldırılmayıb.
Əksinə, Mehdiyevin hər həftə keçirdiyi toplantılarda bir nəfər kimi iştirak edir, çıxşılar, məruzlər edib AMEA-da işguzar mühtinin olduğuna dair görüntü yaradırlar. Paralel olaraq rəhbərə sədaqət nümunəsi göstərilirdi. Görünür, o akademiya sükanı arxasına keçəndən dərhal sonra apartdırdığı “maliyyə yoxlamaları” ilə bir çoxlarının dilini-ağzını bağlamağa müvəffəq olub...
Gözləmək olardı ki, Ramiz Mehdiyevin dünən yayımladığı qalmaqallı məqalə nəhayət bu qurumları hərəkətə keçirəcək. Çünki sözügedən yazıda AMEA prezidenti açıq şəkildə siyasi sistemə qarşı çıxış edir, bu zaman müxalifətin istifadə etdiyi epitetlərdən, ifadələrdən gen-bol yararlanır. Həmin yazını isə AMEA rəhbərliyinin adından yayır. Dövlət əleyhinə olan bəyanatına AMEA rəhbərliyini də şərik edir.
Amma akademiyanın əksər vitse-prezidentləri, Rəyasət Heyətinin, eyni zamanda qurumun həqiqi və müxbir üzvləri buna göz yumur.
Onların sırasında AMEA Rəyasət Heyətinin üzvlərindən akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyevi, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri Seyfəl Həsənovu, AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovu, eyni zamanda regional bölmələrin rəhbərləri göstərmək olar.
Mehdiyev dünən "Amerikanın səsi" radiosuna müsahibəsində AMEA daxilində aldığı dəstəkdən ruhlanaraq istefaya getməyəcəyini, ətrafndakı akademiklərin onu dəstəklədiyini bildirib.
Beləliklə, AMEA rəhbərliyində - Rəyasət Heyətində təmsil olunan şəxslər susqun dayanmaqla məsuliyyətdən yayınmağa çalışsa da, əslində Mehdiyevin ətrafında yer alıblar. Bu da onların əksəriyyətinin akademik adını məhz Mehdiyevin hesabına aldığını, əslində heç elmlər namizədi səviyyəsində belə savadlarının olmamasını düşünməyə əsas verir. Məsələn İsa Həbibbəyli, İradə Hüseynova, Gövhər Baxşəliyeva hansı elmi naliyyətlərinə görə akademik olublar? Onların və digərlərinin ortaya çıxarılacaq, dünya alimlərinin istinad etdiyi bir elmi əsəri varmı?
Bu şəxslər unutmamlıdırlar ki, onların Mehdiyevə açıq dəstəyi Azərbaycan dövlətçiliyinə və hakimiyyətinə qarşı yönəlib. Bu antmilli fəaliyyətdə Mehdiyevin yanında yer almaq, onunla komanda oyunu nümayiş etdirmək heç də yaxşı pesrspektiv vəd eləmir..."AzPolitika.info"