"Elan edilmiş iqtisadi tədbirlər paketi sayəsində biz valyuta məzənnələrindəki dalğalanmaların qarşısını ala bildik. Ümid edirik ki, ən qısa müddətdə inflyasiyanı da nəzarət altına ala biləcəyik və o zaman ölkə layiq olmadığı vəziyyətdən çıxacaq”, - deyə dövlət başçısı bildirib.
O, vurğulayıb ki, ilin yekununda qeydə alınan 225 milyard dollarlıq ixrac göstəricisi Türkiyənin doğru yolda olduğunu nümayiş etdirir.