Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Yalnız çörəyin yox, digər ərzaq məhsullarının da qiyməti qalxacaq"


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb.

 


- Qüdrət bəy, çörəyin qiymətinin artmasına münasibətinizi bilmək istərdik.


 


- Münasibətim çox pisdir. Hesab edirəm heç qiyməti qaldıranlar da bundan məmnun deyil. Həm də ona görə narazıyam ki, yalnız çörəyin qiyməti yox, digər ərzaq məhsullarının da qiyməti qalxır. Artırılmış əmək haqlarının, pensiyaların artan qiymətləri qarşılayacağı da bəlli deyil. Bu isə aztəminatlı və çoxuşaqlı ailələrin, pensiya alanların sosial vəziyyətini ağırlaşdıracaq. Hökumət  manatın kursunu sabit saxladığı kimi, heç olmasa  çörəyin də qiymətini sabit saxlamalıydı. Ekspert hesablamalarına görə vətəndaşlarımız qazanclarının 2/3-ni ( üçdə ikisini) ərzaq məhsullarına, 1/3-ni isə digər tələbatlarının ödənilməsinə xərcləyir. İnkişaf etmiş ölkələrdə bu əksinədir. Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün ciddi iqtisadi islahatlara ehtiyac var. Neftin qiyməti aşağı düşsə  iqtisadi və sosial böhran qaçılmaz olacaq.


 


- Sizcə niyə genişmiqyaslı islahatlara gedilmir?


 


- Görünür, hesab edirlər ki, görülən işlər yetərlidir ki, insanlar acından ölməsin. Həm də ola bilsin səmimi olaraq düşünürlər ki, ölkədə biznes mühüti yaxşıdır, sadəcə bəlli olmayan səbəbdən yerli və xarici sərmayədarlar iqtisadiyyata əhəmiyyətli miqyasda pul yatırmır. Amma Baş nazir inandığı bir adama desə ki, get  hər hansı istehsal və emal müəssiəsinin açılması üçün  aidiyyatı olan və olmayan dövlət orqanlarının  tələb etdiyi qanuni və qanunsuz vəsaitin məbləğini öyrən və gəl mənə de. Onda bəlli olacaq ki, nə qədər böyük əlavə xərclər var. Sahibkar da hesablayır ki, qoyduğu pulu hansı müddətə çıxara bilər. Bəlli olanda ki, onun ömrü buna kifayət etməyəcək, əlindəki vəsaiti xaricə çıxarmağa çalışır. Həm də sahibkarların mülkiyyətlərinin toxunulmazlığına dair ciddi narahatçılıqları var. Ona görə də qanunun aliliyi ciddi şəkildə təmin olunmalı, dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalı, bizneslə məşğul olmamalıdır. Bazar iqtisadiyyatı qanunları tətbiq olunmalı, ölkəmiz Dünya Ticarət Təşkilatına, böyük iqtisadi birliklərə üzv olmalıdır. İndiki şərtlər altında, təbii sərvətləri satmaqla bundan yaxşısına nail ola bilməyəcəyik.


 - Qüdrət bəy, Silahlı Qüvvələrin siyasətə cəlb olunması istiqamətində müəyyən iş aparılır, bu nə dərəcədə təhlükəlidir?


- Sosial şəbəkələrdə, Youtube- da uşaqlarının anası erməni olanlardan bu tipli çağırışları mən də eşidirəm. Bu iş müxtəlif adlar altında görülür. Həmin adamlar Azərbaycanı sevsəydilər, təxribatçı olmasaydılar anlayardılar ki, odla oynayırlar. Ordunun siyasi proseslərə cəlb olunması heç bir ölkənin problemlərini həll etməyib. Əksinə həmin ölkəni məhvə aparıb. Onlara sığınacaq verənlərin bəlkə elə istədiyi də budur.













 Hökumətin bəzi məsələlərə dair ləng qərarlar qəbul etməsi də sui-istifadə hallarına yol açdı. İndi, ümid edirəm gec də olsa günahkarlar cəzalarını alacaq, Ordunun rəhbərliyinə ən ekstremal vəziyyətdə belə qanunları pozmayan, millətini sevən insanlar gətirilməli, kadr islahatları başa çatdırılmalıdır. Həmişə söyləmişəm ki, ilk növbədə, Orduya mülki nəzarəti təmin etmək üçün  Müdafiə naziri mülki şəxs olmalıdır. Bütün sivil dünyada bu belədir. İkincisi, peşərkar orduya keçməliyik ki, hərbçilərimiz psixoloji və fiziki baxımdan o dərəcədə hazırlıqlı şəxslər olsunlar ki, təkcə xarici düşmənə qarşı yox, eyni zamanda qanunlar pozulanda Konstitusiyanın, Cinayət Məcəlləsinin  onlara verdiyi "son zərurət və zəruri müdafiə" hüququndan istifadə edib özlərinin və başqalarının şəxsi ləyaqətlərini və həyatlarını qorumağı bacarsınlar. Hətta  ən ağır dövləti cinayət törətmiş ola biləcək şəxslərə münasibətdə belə. Belə hazırlığı olmayan 18 yaşlı gənclərin alçaldılması və işgəncələrə məruz qalması daha asandı. Məni və cəmiyyətimizin düşünən hissəsini ən çox üzən işgəncələrlə yanaşı, işgəncələrlə və şəxsi ləyaqətin ən pis formada alçaldılması ilə üzləşmiş zabit və çavuşların, mən əsgərləri bir kənara qoyuram, heç birinin özünü müdafiə hüququndan istifadə etməməsi, hadisələrin içində olan heç bir zabitin işgəncələrə etiraz olraq istefa verib ən azından ictimaiyyətə bu barədə açıq məlumat verməməsi olmuşdur. Ona görə düşünüləsi, nəticə çıxarılmalı olan, ailə və dövlətin uşaqların tərbiyə olunmasında görməli olduğu çoxlu işlər var.


 


Biz hərbçilərimizin sosial müdafiəsini gücləndirməklə, qanunçuluğu təmin etməklə, hərbçilərin karyera yüksəlişini ciddi tənzimləməklə orduya uzanan əlləri kəsə bilərik. Hesab edirəm bizim ləyaqətli və vətənpərvər zabitlər də nə baş verdiyinin fərqindədir və onlar heç vaxt siyasi dələduzların onları siyasi, antikonstitusion proseslərə cəlb etməsinə imkan verməz. Əminəm ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanlar da  proseslərə ciddi şəkildə nəzarət edir və bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.


 


Teqlər:
Bu xəbər cəmi 1960 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR