Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kimlər qazi sayılır? - Qanunda boşluq, fikirlərdə çaşqınlıq...

Kimlər qazi sayılır? - Qanunda boşluq, fikirlərdə çaşqınlıq...

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə “Azərbaycan Respublikasının Müdafiəsi zamanı yaralanmışdır” sözü yazılmış bütün döyüşçülər, əlillik dərəcəsi alsa da, almasa da qazidir. Çünki onların qanı Vətən torpağına tökülüb. Vətən torpağına qanı tökülən hər bir şəxs qazidir

Bunu Bakupost.az -a “Qarabağ qaziləri”ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu deyib


Onun sözlərinə görə, bu adı ilk dəfə Azərbaycan cəmiyyətinə Baş qazi, “Qarabağ qaziləri” ictimai birliyinin mərhum sədri Etimad Əsədov və onun komandası gətirib:






 


 




 


“Onun rəhbərliyi ilə 2001-ci ildə “Qarabağ Qazilər” İctimai Birliyi yaradılıb. Məqsəd o idi ki, müharibədə yaralanmış, qanı Vətən torpağına tökülmüş şəxslərə qazi deyilsin. Bu gün hamının işlətdiyi qazi sözünü Azərbaycan cəmiyyətinə baş qazi Etimad Əsədovun yaratdığı Qarabağ Qazilər İctimai Birliyi gətirib.


 


Hazırda müharibədə iştirak edənlərin sənədinə rəsmi olaraq belə yazılır: Şəhid olubsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, yaralanıbsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb”, iştirakçısında isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib”. Yəni, məsələ bu qədər dəqiqdir. Sadəcə olaraq biz təşkilat olaraq müharibədə yaralananlara o vaxt qazi adını gətirdik. Hazırda konkret olaraq qanunda “Qazi” və “Qarabağ əlili” anlayışı yoxdur. Bəziləri sözün etimologiyasını, bəziləri sözün islamda, dildə istifadəsinə uyğun, bəziləri isə Türkiyədə istifadəsinə uyğun münasibət bildirir. Kimin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, Qazi adını Azərbaycan cəmiyyətinə gətirən Qarabağ Qaziləri Birliyidir. Və bunu niyə gətirib dedim - Vətən torpağına qanı tökülmüş döyüşçüyə qazi deyilir”.


Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, təəssüflər olsun müqəddəs saydığımız qazi anlayışında hələ də çaşqınlıq var:








 


“Əsl müharibə iştirakçıları ilə arxa cəbhə iştirakçıları arasında sərhədlənmə aparılmalıdır. Əlbəttə ki, bilavasitə döyüşlərdə iştirak edib, xüsusi rəşadət, qəhrəmanlıq göstərmiş əsgər və zabitlər yaralandıqdan sonra qazi sayılmalıdır. Amma bu gün qazi adından su-istifadə edənlər də var. Halbuki, həmin şəxslər bir gün olsun döyüş əməliyyatlarında iştirak etməyib, sadəcə ehtiyatda olub.


Hərbi ekspert bildirib ki, həqiqi döyüş iştirakçıları daha çox susmağa üstünlük verirlər:


“İndi bəziləri hərbi formanı geyinir, amma ayağında 15 rəngdə “krasovka” ilə düşüblər şəhərin canına. Belə şeylər yolverilməzdir. Bu işi müvafiq qurumlar nəzarətdə saxlamalı və tənzimləməlidirlər. Sonuncu müharibədən 1 il, 2016-cı il aprel döyüşlərindən isə 5 il keçib, hələ də Müharibə Veteranı məsələsi həll olunmayıb. Bilən bilir, bilməyən isə ƏƏSMN-nə hücum edir. Halbuki, əsgər və çavuşlarla bağlı məsələ sırf Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərinin rayon və şəhər şöbələrinin, idarələrinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış şəxslərl, yəni qazilərlə, müharibədə iştirak etməyənlər ayırd edilməlidir. Qazi və müharibə iştirakçıları ilə bağlı məsələyə tez bir zamanda aydınlıq gətirilməlidir. Yoxsa insanlar arasında çaşqınlıq arta bilər.


Onu da qeyd edim ki, mütləq deyil müharibədə iştirak edən şəxslər yaralanmalıdır. Əgər vətəndaş müharibənin qızğın nöqtələrində döyüşüb sağ-salamat evinə qayıdıbsa, o da qazidir. Baxın nə qədər insan Vətən Müharibəsində aktiv döyüşlərdə iştirak edib, amma yaralanmayıblar. İndi onlar yaralanmayıbsa, bu onların günahı deyil axı. Biz onları da dəyərləndirməliyik. Onlar da əsl qazi sayılırlar. Müharibədə odun-alovun içində olublar. Bizdə qazini elə başa düşürlər ki, ya ayağı, ya qolu olmamalıdır. Bu, düzgün yanaşma deyil. Türkiyədə hərbi geyimdə küçədə gəzənləri görməzsiz. Orada müharibə iştirakçıları və qazilərin hər birinin fərqləndirici geyimləri var. Yəni, geyimlə onlar fərqlənirlər. Amma bizdə yaşlı da, cavan da əyninə formanı geyinir və hansısa bir qeyri-hökumət təşkilatının medalından taxıb gəzir. Belə şeylər olmaz. Bunlar tez bir zamanda öz həllini tapmalıdır”.

Teqlər:
Bu xəbər cəmi 1645 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR