Mübariz Mənsimovun öldürülməsi üçün 25 milyon dollar təyin edilib.
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, hazırda İstanbulda olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Mübariz Mənsimovla görüşdən sonra canlı yayımda çıxışında deyib.
O bildirib ki, sifarişi SOCAR prezidenti Rövnəq Abdullayev verib.
Əvəz Zeynallı Lotu Qulinin də bu məqsədlə Türkiyəyə gətirildiyini qeyd edib.
Xatırladaq ki, Lotu Quli Türkiyədən deport edildikdən sonra Antalyaya qeyri-qanuni, qaçaq olaraq gəlmiş və Azərərbaycan Milli Məclisin deputatı Malik Həsənova aid olduğu bildirilən
məşhur oteldə yerləşdirilmişdi. Onun oteldə heç bir ödəniş etmədən və xüsusi imtiyazla saxlandığı da qeyd edilirdi.
Lotu Quli həmin oteldə də qətlə yetirilmişdi.
Ə.Zeynallı bildirib ki, hazırda da Mübariz Mənsimovun qətlə yetirilməsi üçün ayrılan mükafat – 25 milyon dollar qüvvədədir və “Palmali” rəhbərinin həyatına təhlükə qalmaqdadır.
“Xural” baş redaktoru həmçinin M.Mənsimov həbsdə yatarkən öldürülməsi və yaxud ona xəsarət yetirilməsi, cinayətinin artması, türmədə daha çox qalması üçün SOCAR rəhbərinin 950 milyon dollar vəsait xərclədiyini də iddia edib.
Bildirib ki, hətta M.Mənsimova nadzorlardan biri hücum edib və şirkət rəhbəri bu hücumu dəf edə bilib. Daha sonra məsələ aydınlaşdırılarkən SOCAR təmsilçilərinin həmin hücum üçün 5 milyon dollar verdiyi üzə çıxıb.