İyulun 11-də Nyu-Yorkda, Manhettenin rayonunda baş vermiş partlayış nəticəsində yaralananların sayı 8 nəfərə çatıb.
«Nyu-York Post»un məlumatına görə, ilkin araşdırmaya əsasən partlayışın baş verməsinə səbəb binanın zirzəmisindəki təbii qaz sistemindəki nasazlıqdır.
Binada nəqliyyat şirkəti və santexnik işlərin təmiri üzrə firmanın ofisi də yerləşir.
**
Nyu Yorkda, Manhettenin aşağı hissəsində baş vermiş partlayış nəticəsində ən azı 6 nəfər yaralanıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, yaralananlardan ikisinin vəziyyəti daha kritikdir. Partlayış nəticəsində çinlilərin kompakt yaşadığı Payk strit küçəsində yerləşən binanın bir hissəsi uçub. Partlayışın səbəbləri aydınlaşdırılır. Yaxınlıqdakı binalara qazın verilişi dayandırılıb.