Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.
Yenimeydan.info-nun məlumatına görə, 2020-ci ildə Azərbaycanda 17 482 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 10 474 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.
Ötən il cinayət törədənlərin 844-ü məşğulluğuna görə fəhlə, 487-si qulluqçu, 145-i kənd təsərrüfatı işçiləri, 81-i təhsil alanlardır.
Cinayətkarların qalan 5 451-i digər sahələr üzrə işləyib.
Müәyyәn edilmiş cinayәt törәdənlərin 11 733-ü 30 və daha yuxarı yaşda olub.
Ümumilikdə, ölkədə həm müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı çoxalıb.
Bununla yanaşı, yaşı 30-dan çox olanlar arasında da qeydə alınan cinayətlərin sayı artıb. 2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2020-ci ildə 11 733-nün yaşı 30 və daha yuxarı olub.