Cəlilabadın Ağdaş sovetliyinin Güneyli kəndi sakini Əsgərov Mirxas Sayıl oğlu I Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edib.
TİA.Az-ın məlumatına görə, vətəndaş Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədovun qanunsuz hərəkətlərindən narazdır.
Onun sözlərinə görə, Cəlilabadın Qurtuluş küçəsi 33 ünvanında yerləşən, ümumi sahəsi 1197.7 kv metr olan qeyri-yaşayış sahəsini “Orxan” şadlıq sarayını 2019-cu il tarixində, AN-I 0774870 nömrəli alqı satqı müqaviləsinə əsasən 200.000 manata Əsgərov Cəfər Sahib oğlundan alıb.Sonradan aldığı şadlıq sarayını “Rabitə Bank”ın Lənkəran filialına girov qoyaraq Əsgərov Sayıl Sahib oğlunun adına kredit müqaviləsi bağlanaraq 270.000 manat pul krediti götürüb.
“İddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlu Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə mənə və qeyri yaşayış sahəsini aldığım Əsgərov Cəfər Sahib oğluna qarşı “Orxan şadlıq sarayı binasının özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və həmin müqavilələrdən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair” iddia qaldırıb.
Birinci instansiya məhkəməsi iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun iddiasının əsassız olduğundan təmin etməyib.
İddiaçı tərəfindən Apellyasiya şikayəti verib və Apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədov tərəfindən baxılıb.
Apellyasiya şikayətinə baxılarkən hakim İlham Əsədov bilərəkdən bir sıra qanunsuzluqlara yol verib”, – deyə şikayət məktubunda qeyd olunub.
Mirxas Əsgərov bildirib ki, “Orxan” şadlıq sarayı binasının bankda girov olmasını və bankında maraqlarına toxunan 3-cü şəxs qismində Apellyasiya Məhkəməsində işə cəlb edilməli olduğu halda məhkəmə “Rabitəbank” ASC-ni məhkəməyə cəlb etməyib:
“Əlavə olaraq hakim İlham Əsədov birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək mülki iş üzrə yeni qətnamə qəbul edərək iddiaçı Şəmmədov Arastun Həzrətqulu oğlunun iddiasını təmin edib.
İddianı təmin edən zaman mənim alqı satqı zamanı ödədiyim 200.000 manat pulun geri qaytarılmasına münasibət bildirməyib.
İlham Əsədov
Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədov tərəfindən bilə-bilə qanunsuz qətnamə qəbul edib.
Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarmaya görə aşağıdakı məsuliyyəti nəzərdə tutulub:
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hörmətli Mehriban xanım, qanunvericiliyin tələblərinə əsasən Sizdən Şirvan Apellyasiya Məhkəməsinin sədrlik edən hakimi İlham Əsədovun bilərəkdən etdiyi əməllər barəsində araşdırılma aparılaraq məsuliyyətə cəlb edilməsinə dair müvafiq göstəriş verilməsini xahiş edirəm”.