Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vaqif Əsədov qanunları pozdu - FOTOLAR

Vaqif Əsədov qanunları pozdu - FOTOLAR


Sahib Məmmədov: "Korrupsiyaya qarşı mübarizə haqqında qanunda açıq-aşkar göstərilib ki, bu, yolverilməzdir”



 


 


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada, təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. 15-29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Yol-nəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə, orta hesabla 500 milyard ABŞ dolları məbləğində zərər vurur. Yol-nəqliyyat hadisələri ilə yanaşı, nəqliyyat vasitələrinin istismarı nəticəsində də insanların həyat və sağlamlığına təhlükə törədən səbəblər var. Bunlardan biri avtomobilin istismarı zamanı ətraf mühitə atılan zərərli qazlardır. Belə ki, avtomobillərdən atmosferə buraxılan zəhərli maddələr, ilk növbədə ekologiyanı korlayır. Ekologiyanın çirklənməsi isə insan sağlamlığı üçün ciddi təhlükədir. Bu tip maddələr insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına zəmin yaradır. Ona görə də Avropada, Yaponiya, ABŞ və digər ölkələrdə atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin kütləvi istehsalına başlanılıb.


 




Azərbaycan da dünyanın bir parçası olduğundan və ölkəmizdə avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələrin həcmi son illərdə xeyli artığından, sözügedən problemin qarşısının alınması məqsədilə müəyyən tədbirlər görülür. Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair (2019–2023-cü illər) Dövlət Proqramı”ndan irəli gələrək, müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Dövlət Proqramı çərçivəsində atılan addımlardan biri də elektromobil və hibrid avtomobillərin təşviqi, bu tip maşınlardan istifadəyə geniş yer verilməsinin təbliğidir. Sevindirici haldır ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təbliği işlərinə ciddi dəstək verir, bu istiqamətdə bir çox addımlar atır. Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov kütləvi informasiya vasitələrinə verdiyi müsahibə və açıqlamalarda hibrid avtomobillərin üstünlüyünə dair fikirlərini, təcrübəsini bölüşür.


 




Media üçün hər zaman açıq olan V.Əsədovun ictimai və dövlət maraqlarını nəzərə alaraq ümumi şəkildə hibrid avtomobillərdən istifadəni təşviq etməsi anlaşılan, alqışlanandır. Lakin hazırda dünyanın bütün məşhur avtomobil markalarının elektromobil və hibrid avtomobillərin istehsalına geniş yer ayırdığı halda, polis polkovnikinin Yaponiyaya məxsus konkret bir brendi təbliğ etməsi, məhz həmin tanınmış markanın avtomobillərindən istifadəni tövsiyə etməsi müəyyən suallar doğurur. Deyilənlərə əyani misal olaraq Şöbə rəisinin 31 may tarixində onlayn mediada dərc olunan "Vaqif Əsədov: Özüm də hibrid avtomobili sürürəm” başlıqlı (https://azertag.az/xeber/Vaqif_Asedov_Ozum_de_hibrid_avtomobili_sururem_VIDEO-1794439) açıqlamasına və ona əlavə olunan fotolara-videoya diqqət etmək kifayətdir. V.Əsədov polis mundirində Yaponiya şirkətinin Bakıdakı rəsmi diler mərkəzinə gələrək məşhur brendin olduqca bahalı minik avtomobili fonunda müsahibə verir, dolayısı ilə hamını həmin nəqliyyat vasitəsindən almağa səsləyir. Maraqlıdır, tutduğu vəzifə və üzərinə düşən məsuliyyətlə Azərbaycan hakimiyyətini təmsil edən bir şəxs niyə ümumilikdə hibrid nəqliyyat vasitələrini deyil, konkret bir şirkətin və markanın adını vurğulamaqla onu reklam edir? Nəzərə alsaq ki, reklam, ödənişli fəaliyyət növüdür, o zaman polis zabiti qanunla qadağan olunmuş bu işlə niyə məşğul olur? Nəyin müqabilində, hansı marağa görə bunu edir?


 




Xatırladaq ki, "Polis haqqında” Qanunun "Polisdə xidmət keçmənin əsasları” adlı IV fəslinin 32-ci Maddəsi "Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət” növlərindən bəhs edir. Sözügedən Maddənin I bəndində açıq şəkildə qeyd olunur ki, polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz.


 




Qanunvericilikdən və qeyd etdiyimiz faktdan çıxış edərək, mövzu ilə bağlı ekspertlərin də münasibətini öyrəndik. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, ictimai reklamda, yəni narkomaniyanın, digər zərərli vərdişlərin əleyhinə aparılan kütləvi təbliğatda polis nəfəri iştirak edə bilər: "Burada hər hansı qanunazidd əməl yoxdur. Lakin polis hər hansı şəkildə vəzifə səlahiyyətinə uyğun olmayan, özəl bir reklamla məşğul olursa, bu, yolverilməzdir, qanunla yasaqdır”.


 




Hüquqşünas Sahib Məmmədov bildirib ki, dövlət qulluqçusu, o cümlədən dövlət qulluğunun xüsusi forması sayılan polisin qarşısında müəyyən tələblər var. Onun sözlərinə görə, bunlardan biri polis mundiri daşıyan şəxsin rəsmi və ya qeyri-rəsmi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qoyulan qadağadır: "Kiminsə və ya hansısa brendin reklamının aparılması, burada maddi marağı ortaya çıxarır. Əgər bunu dövlət qulluqçusu edirsə, bu, korrupsiya hüquqpozmalarına şərait yaradılması anlamına gəlir. Polis fəaliyyəti göstərən şəxs, hətta işdən sonrakı vaxtında, rəsmi mundirdə olmadan da bu kimi işlər görərsə, qanunla bu da qadağandır. Təbii ki, əgər orada hansısa dolayısı gəlir, mənfəət varsa. Etdiyi reklamın müqabilində maddi və digər nemətlər əldə edəcəksə, bu, qanunla qadağan olunan fəaliyyətdir. Korrupsiyaya qarşı mübarizə haqqında qanunda açıq-aşkar göstərilib ki, bu, yolverilməzdir, olmaz. Bu əmələ bir dəfə yol verən şəxsə irad bildirilə bilər, izah olunar ki, sən reklamla məşğul olmalı deyilsən. Lakin eyni əməl sistemli şəkildə, təkrar-təkrar baş verirsə, burada artıq maddi maraq yaranır. Bu zaman korrupsiya hüquqpozmalarından söhbət gedə bilər”./Kaspi.az

Teqlər:
Bu xəbər cəmi 2500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR