Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qarabağ qaziləri İlhamə Quliyeva haqqında BƏYANAT yaydı

Qarabağ qaziləri İlhamə Quliyeva haqqında BƏYANAT yaydı
Veteranlar Xalq artistinin efirə çıxmasına qadağa qoyulmasını tələb edirlər


«Qarabağ Qaziləri» İctimai Birliyi xalq artisti İlhamə Quliyeva ilə bağlı bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, bəyanatda bildirilir ki, “xalq artisti” adı daşıyan bir qrup sənətçi və eləcə də digər müğənnilər Azərbaycan teleməkanında və kütləvi informasiya vasitələrində son vaxtlar bir-birlərinə qarşı etik normaya, əxlaqa və mənəvi dəyərlərə sığmayan ifadələr, söyüşlər işlədir və bir-birlərinin açıq-saçıq, etikadankənar fotoşəkillərini internetdə paylaşırlar. Bu müğənnilər cəzasız qalacaqlarına əmin olduqları üçün bu cür hərəkətlərini davam etdirməkdədirlər.



“Xalq artisti İlhamə Quliyeva ATV kanalının canlı yayımında başqa bir müğənniyə barmaq silkələyərək Azərbaycan qadınına yaraşmayan tərzdə «mən yemirəm, yedizdirirəm» ifadəsini işlədir, ardınca da internet resurslarına açıqlamalar verərək «mənim 40 yaşında gənc sevgilim var» deyir. Bəlli yaşda olan qadın müğənninin bu cür ifadələr işlətməsi hansı əxlaqa sığır? Bu cür ifadələr, hərəkətlər müasir gənclərimizin əxlaqına mənfi təsir göstərməyə bilməz.



Lakin İ.Quliyeva yanlış mövqeyində inadla davam edir, hətta bunlar azmış kimi, onu mövqeyindən çəkinməyə dəvət edən millət vəkili Çingiz Qənizadəyə hədə-qorxu gəlməyə başlayıb. Halbuki millət vəkili İ.Quliyevanın canlı yayımda Azərbaycan qadınına yaraşmayan qeyri-etik ifadə işlətməsinə mənfi münasibətini bildirib və mili-mənəvi dəyərlərimizə hörmət olunmasını tələb edib. İ.Quliyeva isə deyilənlərdən nəticə çıxarmaq əvəzinə, millət vəkilini təhdid edir. İ.Quliyevanın bu hərəkətlərinə digər millət vəkilləri, ictimai xadimlər, incəsənət adamları, jurnalistlər öz etirazlarını bildirsələr də, o, yenə öz ampluasındadır. Artıq bu, ümumilikdə xalqa hörmətsizlik və bütün mənəvi dəyərlərə meydan oxumaqdır!



Biz «Qarabağ Qaziləri» İctimai Birliyi olaraq Mədəniyyət və Turizm Nazirliyinə, Milli Teleradio Şurasına, telekanalların rəhbərlərinə, KİV-lərə və rəsmi dövlət qurumlarına İlhamə Quliyeva və onun kimilərinin telekanallara çıxmasına və mətbuatda onların qeyri-etik fikirlərinin dərc olunmasına qadağa qoyulmasını xahiş edir və onların bu cür hərəkətlərinin qarşısını almağa çağırırıq», - deyə bəyanatda bildirilib.

 


Teqlər:
Bu xəbər cəmi 1510 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR