Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DİM-dən dəyişikliklərlə bağlı - Açıqlama

DİM-dən dəyişikliklərlə bağlı - Açıqlama
Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti dövründə buraxılış, qəbul, eləcə də digər müxtəlif təyinatlı imtahanların məzmununda, qəbul proqramları və qaydalarında dəyişiklik edilib, müəyyən təkmilləşdirmələr aparılıb. Eyni zamanda, DİM tərəfindən yeni növ imtahanlar keçirilməyə, vətəndaşlara yeni növ xidmətlərin göstərilməsinə başlanılıb.


Yeni meydan.info xəbər verir ki, bunu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.



Məqalədə qeyd olunub ki, 2019-cu ildə ilk dəfə olaraq tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı yeni proqram və model əsasında keçirilib. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə təşkil edilib. Qəbul imtahanının ikinci mərhələsini iki dəfə vermək şansı yaradılıb.



Abituriyentlərə ərizə qəbulu, ixtisas seçimi və s. sahələrdə kömək etmək məqsədilə Bakı şəhərində və digər regionlarda ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.



IX və XI sinif səviyyəsi üzrə keçirilmiş buraxılış (qəbul) imtahanının nəticəsinin iki il qüvvədə qalması ilə bağlı qərar qəbul olunub.



İlk dəfə olaraq, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslərə (subbakalavrlara) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququ verilib.



Mərkəz tərəfindən şagird və abituriyentlərə kömək məqsədilə “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Layihə çərçivəsində dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə vizuallaşdırılmış dərs formasında təqdim olunur.



Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.



2020-ci ildən xarici dillər üzrə doktoranturaya qəbul, 2021-ci ildən isə qəbulla yanaşı, xarici dillər üzrə fəlsəfə doktoru imtahanları da Mərkəz tərəfindən həyata keçirilməyə başlanılıb.



Vətəndaşların müraciətlərinin təmin edilməsi üçün “Onlayn növbə” qeydiyyat sistemi istifadəyə verilib.



DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" proqramı təqdim olunub və bir sıra sınaq imtahanları keçirilib.



Magistraturaya qəbul qaydaları daha da sadələşdirilib və imtahan bir mərhələdə həyata keçirilib.



İlk dəfə olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan “Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme)”, “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education)” və “Yüksək yerləşdirmə (Advanced Placement)” təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanı əldə ediblər.



Bu illər ərzində, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəbləri üçün yenidən işlənmiş və təkmilləşdirilmiş 163 dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi-metodik monitorinqi və qiymətləndirilməsi aparılıb və hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə göndərilib.




  • Facebook



  •  


  •  


  •  



Teqlər:
Bu xəbər cəmi 3080 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR