Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elşad Abdullayevin adı düşdüyü hesabata - Rəsmi reaksiya

Elşad Abdullayevin adı düşdüyü hesabata -  Rəsmi reaksiya
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Qrasia Cammarinaro insan orqanlarının alverinə həsr olunmuş "ATƏT məkanında orqanların nəqli məqsədilə insan alveri" adlı tədqiqatında 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin (ATU) Tibb mərkəzində ukraynalı cərrahlar tərəfindən 13 Ukrayna vətəndaşının donorluğu ilə qanunsuz orqan nəqli əməliyyatlarının həyata keçirilməsi faktı da yer alıb.


Bununla bağlı Trend-in sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı ATƏT-in insan alveri ilə mübarizə üzrə hesabatında göstərilənlər reallığı əks etdirir:



"Həmin əməliyyatların həyata keçirilməsi faktları ilə bağlı universitetin nəzdində fəaliyyət göstərmiş Tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlanması və istintaqın gedişatı barədə əvvəllər tərəfimizdən ictimaiyyətə informasiyalar verilib".



E.Sultanovun sözlərinə görə, hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq tamamlanmaq üzrədir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Qeyd edək ki, ATƏT-in rəsmi saytında göstərilən məlumata görə, ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Qrasia Cammarinaro insan orqanlarının alverinə həsr olunmuş "ATƏT məkanında orqanların nəqli məqsədilə insan alveri" adlı tədqiqatı dərc edib. Tədqiqatda ATƏT məkanında qanunsuz orqan nəqli əməliyyatlarına dair faktları və cinayət işləri ilə yanaşı, 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Tibb Mərkəzində ukraynalı cərrahlar tərəfindən 13 Ukrayna vətəndaşının donorluğu ilə qanunsuz orqan nəqli əməliyyatlarının həyata keçirilməsi faktı da öz əksini tapıb. Sözügedən tədqiqatda bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında Fransa, ABŞ, Ukrayna və İsrail vətəndaşları iştirak ediblər.



Cammarinaronun tədqiqatında deyilir ki, ABU-nun bu kimi orqan transplantasiya əməliyyatları keçirilməsi üçün müvafiq lisenziyası olmayıb. Həmçinin qeyd olunur ki, qanunsuz orqan transplantasiyalarında günahlandırılan Tibb Mərkəzinin işçilərinə qarşı cinayət işi açılıb.



Xatırladaq ki, ABU hazırda fəaliyyət göstərmir.






Teqlər:
Bu xəbər cəmi 1490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR