APA-nın xəbərinə görə, aylıq vəzifə maaşlarına əlavə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin) büdcədənkənar vəsaitləri üzrə təsdiq edilmiş xərclər smetası dairəsində "Ştatda olan işçilərin əməkhaqqı" xərc paraqrafı hesabına ödənilir.
Qaydalara əsasən aylıq vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir və hər bir əməkdaşın əməkhaqqı kartına köçürülür.