Yeni meydan.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, bütün ölkələrin Monrö razılaşmasının icrasına məsuliyyətlə yanaşacaqlarını gözlədiklərini bildirib. Zaxarova burada Türkiyənin üzərinə xüsusi yükün düşdüyünü deyib. O, Montröyə alternativ görmədiklərini söyləyib.
Qeyd edək ki, Türkiyə Montrö razılaşmasının ölkənin maraqlarına uyğun olduğunu, ancaq Kanal İstanbul layihəsinin əlavə imkan yaratdığını bildirib.