APA-nın verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq bundan sonrakı stabilləşməsinə dair müzakirəsi davam etdirilib.
Regionda sülhün, təhlükəsizliyin və ardıcıl sosial-iqtisadi inkişafın təmin olunması məsələlərinə, eləcə də nəqliyyat kommunikasiyalarının bərpa olunması işinin gedişatına ətraflı baxılıb.
Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan ali səviyyədə Rusiya-Ermənistan danışıqlarının yekunları nəzərə alınıb.
Müxtəlif formatlarda təmasların aktivləşdirilməsi razılaşdırılıb.