YENI MEYDAN.INFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin keçmiş rəhbəri general-mayor Vasili Vovk deyib.
“Hər kəs başa düşür ki, NATO-suz müharibəni uda bilməyəcəyik. Birinci sual odur ki, əgər biz NATO-da olsaq, NATO Rusiya ilə müharibəyə gedəcəkmi? Böyük ehtimalla yox. Bu gün nə Krım, nə də Donbasın bir hissəsi bizdədir. Biz danışırıq ki, gərək NATO-ya daxil olaq. Dövlət bütövlüyümüz, hakimiyyət bütövlüyümüz olmasa, heç kim bizi NATO-ya götürməyəcək, heç kim bizi bu situasiyada müdafiə etməyəcəyək.
Ukrayna isə NATO olmadan müharibəni udmaq imkanında deyil”, – deyə o bildirib.