Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aslan İsmayılovdan vəkil həmkarına cavab

Aslan İsmayılovdan vəkil həmkarına cavab
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əməlləri ilə bağlı “Təzadlar” qəzetinə müsahibə verən vəkil Ramiz Zeynalov vəkil Aslan İsmayılova yönəlik də sərt ifadələr dilə gətirib. Elşad Abdullayevin yaydıqları videogörüntülərin şantaj və böhtan xarakterli olduğunu söyləyən Ramiz Zeynalov deyib ki, çox təəssüf ki, Azərbaycanda belə bir şantajla məşğul olan adama dəstək verənlər də var və onlardan biri də təəssüf ki, hüquqşünas Aslan İsmayılovdur: “Azərbaycanda siyasi hakimiyyətin dəyişdirilməsinə dair siyasi açıqlamalar verən, istefalar tələb edən Elşad Abdullayevlə həmfikir olan Aslan İsmayılov Vəkillər Kollegiyasının sıralarında qala biLməz. Hüquqşünas-vəkil siyasətlə məşğul olmamalıdır. Çünki ən böyük siyasət vəkil üçün elə vəkillikdir. Onun siyasi açıqlamaları, istefalar tələb etməsi həm də ümumi vəkillik institutuna qarşıdır, ümumi işimizi zərbə altına qoymaqdır, gözdən salmaqdır... Bir sözlə, düşünər ki, nə qədər ki, Elşad Abdullayev istintaqa cəlb olunmayıb, onun hay-küyünə inanıb siyasi bəyanatlar verənlərin sayı da çox olacaq. Mən buna təəssüflər edirəm”. Aslan İsmayılov isə Lent.az-a açıqlamasında bildirib ki, o, Ramiz Zeynalov kimilərə cavab verməzdi: “Amma Ramiz Zeynalova indi cavab vermək onu ortaya atanlara cavab verməkdir. Ramiz Zeynalov bir neçə dəfə məhkum olunmuş adamdır, o, ömrü boyu yaltaqlıqla çörək qazanıb. Buna baxmayaraq, heç vaxt da istəyinə nail ola bilməyib. Mən isə ömrü boyu mübarizə apara-apara çörək qazanmışam. Ramiz Zeynalovdan fərqli olaraq Elşad Abdullayev rektor olan dövrdə, Azərbaycanda at oynatdığı vaxtda mən dəfələrlə onun cinayət məsuliyyətinə cəlb olunması barədə müraciət etmişəm. O zaman Ramiz Zeynalovlar ona dəsmal tutmağa can atırdılar”. A. İsmayılov heç vaxt siyasi hakimiyyətin dəyişikliyini istəmədiyini də vurğulayıb: “Dəfələrlə bütün çıxışlarımda hər dəfə islahatların ölkə üçün gərək olduğunu demişəm. Mən həmişə islahat tərəfdarı olmuşam, heç vaxt prezidentin istefasını tələb edən bəyanat səsləndirməmişəm. Mən Elşad Abdullayevi müdafiə etmirəm, vətəndaş kimi Elşad Abdullayevin yaydığı kasetlərdəki xüsusatların araşdırılmasını tələb edirəm. Vəkil olaraq da bunu tələb edirəm. Ona görə ki, o kasetlərdə çox ciddi dövləti cinayətlərdən söhbət gedir”. Aslan İsmayılov qeyd edib ki, Ramiz Zeynalovla onun arasındakı fərqi bilmək üçün ölkədə 3-5 adamdan maraqlanmaq lazımdır: “Mənə ancaq vəkil Aslan İsmayılov deyiblər. Ramiz Zeynalova isə 10 ayaması var. O cümlədən “Terrazini” ayaması var. “Terrazini” isə “Sprut” filmində italyan mafiozların vəkili, qatı cinayətkar olub. Ramiz Zeynalov özünə “Terrazini” deyilməsi ilə həmişə fəxr edib. Mən isə bu ayamanı özümə təhqir sayardım. Vəkillər Kollegiyasında kimin qalıb-qalmamasına gəlincə, Ramiz Zeynalov bir neçə dəfə məhkum olunmasına baxmayaraq, Vəkillər Kollegiyasında qalmaqdadır. Mən cinayət törətməmişəm, amma apardığım mübarizəyə görə vəkillikdən xaric edilmişəm. Vəkil olmayaraq, fəaliyyət göstərmişəm və ailəmə halal zəhmətimlə çörək qazanmışam”.

Teqlər:
Bu xəbər cəmi 1380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR