Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

1 apreldən bu tibbi xidmətlər pulsuz olacaq - zarafatsız…

1 apreldən bu tibbi xidmətlər pulsuz olacaq - zarafatsız…


1aprel, 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.



Hazırda yeni sistemə keçidlə bağlı insanları düşündürən bir çox suallar var. Vətəndaşların ilk olaraq hara müraciət edəcəkləri və xəstəliyə uyğun olaraq müayinə və müalicə proseslərinin necə həyata keçiriləcəyi ilə bağlı suallar çoxdur.



Mövzu ilə bağlı Musavat.com-a danışan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirdi ki, xidmətlər zərfinə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir.



Dövlət agentliyi həkimlərin aksiyasına münasibət bildirdi



Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir”.



A.Əhmədovanın sözlərinə görə, vətəndaşlar xidmətlər zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir”.



Qeyd edək ki, ölkədəki pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılıb. Belə ki, həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər.



Agentlik sözçüsü bildirdi ki, bunu nəzərə alaraq, Agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edib: “Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən, müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir”.



A.Əhmədova onu da qeyd etdi ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır: “Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər”.



İcbari Tibbi sığorta hesabına, yəni əhaliyə pulsuz göstəriləcək xidmətlərin təsnifatına gəlincə, bu xidmətlər zərfi adlanır. Xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.



İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:



Təcili və təxirəsalınmaz tibbi yardım;



İlkin səhiyyə xidməti;



Ambulator xidmət;



Stasionar xidmət;



Funksional-diaqnostik və laborator müayinələr;



Fizioterapevtik xidmətlər;



Cərrahi əməliyyatlar ( o cümlədən həyati vacib-dəyəri yüksək əməliyyatlar) ;



Xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və tariflər Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir.



Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov: “İşini reklam edərkən  etik qaydaları pozmaq olmaz...”



Musavat.com-a açıqlamasında, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqindən sonra vəziyyətin müsbətə doğru dəyişəcəyini deyən Zülfüqar Yusifov vurğuladı ki, icbari tibbi sığorta tibbin bir neçə addım irəli getməsi deməkdir: “Həkimlər üçün də iş imkanlarının genişlənməsi, pasientlər üçün də lazımi vaxtda müalicə və müayinələrin isə daha keyfiyyətli şəraitdə görülməsi deməkdir. İcbari tibbi sığortadan gözləntilər həddindən artıq çoxdur. Çünki həm xəstəliklərin vaxtında aşkarlanmasına şərait yaradan bir situasiyadır. Vətəndaşlar vaxtında həkimə müraciət edəcəklər. Hətta həkimlərin tətbiq etdiyi prosedurlara artıq müəyyən çərçivələr daxilində yanaşılmayacaq. Çünki bir sıra hallarda pasientlərə müəyyən müalicə , müayinə və əməliyyatların aparılması çətinləşirdi, xüsusən də özəl tibb müəssiələrində bunlar pullu idi. Bu mənada icbari tibbi sığortanın tətbiqi yaxşı bir haldır. Digər tərəfdən, icbari tibbi sığorta ilə klinikaların, həkimlərin çalışması qarşılıqlı bir nəzarət mexanizmi ortaya qoyur, bu nəzarət isə son nəticədə ümumi tibbi xidmətlərin keyfiyyətlərin irəliləməsinə gətirib çıxarır. Əlbəttə ki, bu sığortanın lazımi qaydada tətbiqindən asılıdır, ümid edək ki, bu uğurlu olacaq. İcbari sığorta ödəmələri və paketləri xəstələrin vatında keyfiyyətli, düzgün müalicə almasına xidmət etməklə yanaşı, həkimlərin də vəziyyətinin yaxşılaşmasına kömək edəcək”.


Teqlər:
Bu xəbər cəmi 1480 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR