Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Heç kim düşünmür ki, uşağı dünyaya gətirən təkcə ana deyil, bu qadını mayalandıran bir kişi də var"


İllər dəyişsə də reallıqlar, yaşanan hadisələr dəyişmir. Yenə də intiharlar və bu intiharların başında dayanan ailə təzyiqi, cəmiyyətin düşüncə tərzi və qərəzli yanaşma. Daha bir intihar, daha bir can və həyata keçməyən, yarımçıq alan arzular...

Mövzu ilə bağlı uzun müddətdir ki, qadınların, uşaqların hüquqlarını müdafiə edən və bəzən də buna görə təzyiqlərə məruz qalan  yazıçı Aysel Əlizadə ilə söhbət edirik.



 Təəssüratlarını Moderator.az-a bölüşən yazıçı ölkədə hər mövsüm gündəm halını alan intiharların yaranma səbəblərindən danışdı.  



 - Sizcə, gənc, yeniyetmə qızların intiharı ailə basqılarından, yoxsa tərbiyə modelindənmi qaynaqlanır?   



- Cəmiyyət bir sistem olaraq öz idarəçiliyi ilə yürüyüb gedir. Ona görə bu mənada mən ailədən daha çox dövlət strukturlarını günahlandırıram. Buna görə inciməsinlər və qüsur saymasınlar. Ölkədə Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Bu strukturlar öz vəzifələrini yerinə yetirməlidir, başqa çarəsi yoxdur. Qollarını çırmalayıb işə girişməlidirlər. Gənclər və İdman Nazirliyi olmaq təkcə gəncləri idman yarışlarına göndərmək deyil, gəncləri məşğuliyyətə, hobbiyə, stimula kökləmək, onları intiharlardan qorumaq üçün mexanizmlər işləməkdən ibarətdir. Onlarla əməkdaşlıq etmək, iş birliyində olmaq lazımdır. Əgər bilmirlərsə, bunun yollarını sivil, inkişaf etmiş ölkələrdəki təcrübələrdən yararlana bilərlər. Gənclər Nazirliyi hansı işə necə baxır, gənclərdə necə yaşamaq eşqi, stimul yaradır, onları əsasən hansı səmtə yönlədirir və s. kimi nümunələr götürə bilərlər.





Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də eynilə uşaq-valideyin münasibətində qadınların yaşadıqları çətinliklərdə onların yanında olmaq məcburiyyətindədir. Onların vəzifəsi birbaşa olaraq bundan ibarətdir. Biz isə dövlətdən büdcə ayrılan, saysız hesabsız əməkdaşları, işçiləri olan departamentləri, yekə-yekə binaları olan, böyük xərclər aparan bu strukturların aktivliyini görmürük. Bilmirəm, bəlkə kimsə görür, şəxsən mən görmürəm. Bilirsiniz ki, illərdir bu sahədə külüng vuran, çalışan adamlardan biriyəm. Bütün yaradıclığımı da ailə, qadın, uşaq mövzusuna həsr etmişəm. Bu barədə çox çıxışlarım olur, bu gün cəmiyyətdə bu problemlərlə bağlı müəyyən diqqət varsa, orada mənim də qatqım yəqin ki, var.Baxmayaraq ki, biz bu mövzulardan danışdıqda böyük reaksiyalarla qarşılaşırıq, mentalitet, dəmirləşmiş düşüncə ənənəsi tərzi üstümüzə gəlir. İllərdir deyirik ki, bütün bunlar cəmiyyəti uçuruma aparan məsələlər, yaralardır. Yara varsa, cəmiyyət onu sağaltmaq haqqında düşünməlidir. Mən belə yanaşıram. Düşünürəm ki, dünya təcrübəsi də göstərir ki, bu cür problemləri cəmiyyətin və  ailənin üzərinə buraxsan, məsələ heç bir halda həll olunmayacaq. Bunun üçün yaranan strukturların missiyası bu problemləri üzərlərinə götürməkdir. Onlar da monitorinqlər aparırlar, deyirlər ortada bir nəticə yoxdur. Elinanın intiharından sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi söz vermişdi monitorinq aparıb, nəticəni payalaşacaq. Hələ də o nəticəni gözləyirəm. Hələ də ortada ciddi iş, fəaliyyət görünmür. Komitənin saytına baxırsan ki, heç nə yoxdur, standart tipik xəbərlərdir. Bu, çox narahatedici məqamdır. Cəmiyyət özü özünü idarə edən mexanizmdirsə, o zaman biz dövləti ləğv etməliyik? Yox, əgər cəmiyyəti dövlət idarə edirsə, o zaman dövlətin içində ayrı-ayrı cavabdeh struktular gərək məsuliyyətlərini dərk etsinlər. Məsələn, Almaniyada ailədə əgər valideyn uşağın xətrinə dəyirsə, o zaman uşaq müdafiə komitəsi gəlib ailə ilə maraqlanır. Uşağın böyüdüyü şəraitə baxıb qərar verir ki, bu uşaq həmin ailədə qalmalıdır, ya yox. Bizi isə mentalitet idarə edir. Azərbaycan konstitutsiyasında uşaq hüququları da qorunur, ailənin üzvləri də bərabərhüquqludur, amma biz gündəlik həyatımızda bunların şahidinə çevrilə bilmirik. Bir neçə belə ailə araşdırılsa,  həqiqət üzə çıxsa ki, ailədə uşaq şiddət görür, psixoloji təzyiqlərə məruz qalır və onlar valideyinlik hüququndan məhrum edilsə, o zaman  müəyyən nəticələr əldə edərik. Bizim cəmiyyətdə dövlət strukturlarına inamsızlıq var.





Balaca bir ölkədə bu qədər intihar, qadın ölümləri, zorakılıq olmalı deyil. Bilirsiniz nə qədər Sevillər, Elinalar var? Zorakılığa məruz qalan təkcə qızlar deyil, oğlan uşaqları ilə bağlı da belə hallara rast gəlirik. Onlar başlarına gələnləri  valideyinlərinə açıb deyə bilmirlər, ailə qəzəblidir aqressivdir, anlayışlı deyil. Belə olduğu halda, həmin uşaqların gedəcəkləri, dərdlərini deyəcəkləri yer də yoxdur. Vəziyyət belə olduqda hər qurumun psixoloq, qaynar xətti olmalıdır, onlar fasiləsiz təbliğ edilməlidir. Bu qaynar xətlər uşaqlara əlçatan olmalıdır ki, onlar zəng vurub, dərdlərini deyə bilsinlər. Hətta Daxili İşlər Nazirliyinin də burada iştirakı vacibdir. İnsanlar işləməlidirlər, başqa çarəsi yoxdur. 



 



 



- Ötən gün 11 yaşında qızın nişanlanması xəbəri də böyük müzakirələrə səbəb oldu. 11 yaşındakı qız uşağının üzündəki sevincdən onun nə qədər bu məsələdə istəkli olması da az müzakirə edilmədi.





- Uşaq  göz açdığı ailənin qaydaları, ənənəsi, yaşam tərzi ilə böyüyür.  Yaşadığı cəmiyyətdə bir mentalitet, milli  ənənələr,  vərdişlər, yaşam tərzi var. O uşağı ailə qurduğuna sevindiyi üçün günahlandırmaq mənə görə cinayətdir. Çünki sən hazır cəmiyyətdə, hazır qaydalara göz açmış birindən bu qaydalara qarşı çıxa bilməzsən. Ondan bu duruşu, təfəkkürü, bacarığı gözləyə bilməzsən. O qız uşağı elə bilir ki, yaşadıqları normaldır və 11 yaşında  nişanlamaq olar.  Qızın tək missiyası ərə getməkdir və bu istənilən yaşda mümkündür, çünki yaşadığı mühitdə belə görüb, buna öyrəşib. O uşaq bunu dərk etmədən sevinir. Bu nişan prosesi  onun üçün bir əyləncədir ki, insanlar onu alqışlayır, tort kəsirlər. Axı bu yaşda uşağı necə günahlandırmaq olar ki, sən sevincək ərə gedirsən. Onu cəmiyyət, yaşadığı mühit sevincək ərə getməyə hazırlayıb. Demək istədiyim odur ki, bu məsələlərdə dövlət strukturlarının müdaxiləsi çox vacibdir. İnsanları başlıbaşına buraxmaq olmaz. Əgər biz insanlardan doğulandan sivil, modern təfəkkürlü biri olmasını istəyiriksə, o zaman ali təhsil ocaqları nəyə lazımdır?  Bunların hamısı ona  görədir ki, o insanı yetişdirsin, cəmiyyətə sivil vətəndaş qazandırsın. Hər şeyi özümüz doğuşdan bilirksə, o zamana məktəblər nəyə lazımdır?



 



 



- Tək məktəblər deyil, bunun üçün yaradılmış strukturların da rolu danılmazdır. 





 - Biz o iş üçün dövlət tərəfindən görəvləndirilən strukturlardan tələb etməliyik ki, onlar hara baxır? Niyə ölkəndə sənin sahəndə bu qədər  intihar hadisəsi var? Deməli, sən özünü doğrulda bilmirsən. Özünü doğrulda bilmirsənsə, ləğv olunmalısan. Sənin rəhbərliyin, kollektivin dəyişməlidir.

 Biz Gənclər və İdman Nazirliyindən tələb etməliyik ki, niyə sənin sahəndə problem var və sən bunu həll etmirsən? Bu sahədə çalışanlar dizlərini yerə qoyub, bölgə- bölgə gəzib, insanlarla görüşüb, layihələr edib onları maarifləndirməlidir. Bilirəm, çox çətindir, amma işiniz budur. Bir musiqiçidən illər boyu yaxşı əsərlər yaratmasını gözləyirsən. Əgər o əsərləri yaratmırsa, deməli bu adam işləmir. Hər sahədə vəziyyət  belədir. Ailə də  bir sahədir ki, biz ona institut deyirik. Hansı ki, ortada bir binası yoxdur, amma ailə institutudur. Ölkədə ailə institutuna cavabdeh olan tərəflər var. 



 



 



- Son bir neçə ildə nəinki gənclər, ümumilikdə qadın intiharlarının sayı çoxalıb. Siz burada əsas səbəb olaraq nəyi görürsünüz?





-Cəmiyyətimizdə psixoloji böhran yaşanır, belə olduğu halda qadın intiharlarının sayı əlbəttə artacaq. İnsan o zaman intihar edir ki, həyatının mənası itir. Bunu  mən demirəm, Viktor Frankl deyib. Həyatın mənası itəndə insan intiharı seçir, çünki yaşamaq üçün tutunacağı heç nə yoxdur.  İnsanın həyatının mənasını itirən  bir çox səbəblər var. Şiddət görəndə çarəsiz vəziyyətdə qalır, çıxış yolu tapa bilmir. Bunların hamısı ideologiya boşluğu olanda yaranan səbəblərdən qaynaqlanır. Bir kişi qadını döyürsə, bunun günah olduğunu bilmir. Çünki o, belə tərbiyə edilib, ona deyilməyib ki, qadın fiziki olaraq səndən zəifdir. Ona heç kim deməyib ki, kişi qadınını döyərək kişi olmur.  O da ailəsində belə görüb və heç kim yığışıb onu qınamayıb, cinayət məsuliyyətinə cəlb etməyib. Görməyib ki, qadınını döyən kişilər cinayətə cəlb olunurlar. O, bunu efirlərdən eşitməyib.  İllərdir Azərbaycan televiziyalarında tok-şoularda qadınlarımız günahlandırılır. Döyülüb evdən qaçan qadını tapıb gətirirlər studiyaya, deyirlər sən qadınsan, necə ailəni atıb getmisən? Hansı ki, kişi onun meyitini atıb. Bəzən kimsəsiz uşağı göstərirlər hamı onun anasını söyməyə başlayır ki, “bu necə anadır, uşağını atıb gedib?”.  Heç kim düşünmür ki, bu uşağı dünyaya gətirən təkcə ana deyil. Bu qadını mayalandıran bir kişi də var. Necə olub ki, qadın bu qədər çarəsiz qalaraq uşağını atmaq məcburiyyəti ilə üzləşib.  Həmin verilişlərdə  kişilər günahlandırılmır.  Biz bundan danışanda bəzi kişilər əsəbləşirlər. Əgər bu obrazda özünü görmürsənsə əsəbləşmə, əksinə dəstək ol. Çünki sənin cəmiyyətində bu bir problemdir. Sən də gələcəkdə bir ata olacaqsan, bəkə də atasan, sabah sənin qızın da bu problemlərlə qarşılaşa bilər. Gəlin, əl ələ verək bu məsələni həll edək. Hər halda problemin bir ucundan yapışıb həlli yolunu axtaraq.  


Teqlər:
Bu xəbər cəmi 2200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR