İki gün öncə axşam saatlarında baş verən hadisə zamanı Əli Həşimov adlı şəxs Kənan İ. adlı şəxslə "Lotu Quli"nin məzarı başında qarşılaşıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Mübahisənin davamı isə qanla bitib. Belə ki, Ə.Həşimov yanında gəzdirdiyi odlu silahla Kənana atəş açıb. Bu zaman əlindən yaralanan Kənan silahı alaraq Əlinin başından vurub. Nəticədə Ə.Həşimov hadisə yerində keçinib.
Kənan isə hadisə yerində olan həyat yoldaşı Lalə M. tərəfindən özəl xəstəxanalardan birinə çatdırılıb. Bundan başqa, insident zamanı orada Aynur İ. adlı qadın da olub. Lalə M. və Aynur İ. polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə borc üstündə baş verib.