Belə ki, həmin mağazalar şəbəkəsindən məhsul alan müştərilər müxtəlif problemlərlə üzləşdiklərini və mağaza filiallarının problemi həll etmədiklərini bildiriblər. Sosial mediada yayılan həmin şikayətlərdə alınan məhsulların xarab çıxması, qızıl zəmanət talonunun işə yaramadığı üstünlük təşkil edir. Əvvəllər də dəfələrlə müştərilərinQarabağ müharibəsi iştirakçılarına tətbiq olunan güzəştlərdan şikayət etməsilə bağlı mediada çoxlu sayda məlumatlara yer alıb. Amma təəssüf ki, adı çəkilən mağaza barədə hələ ki, hər hansı tədbir görülməyib.Bu dəfə isə "Kontakt Home"dan Mediatv.az-ın redaksiyasına şikayət edən şəxs Aprel döyüşlərinin və İkinci Qarabağ uğrunda vətən müharibəsinin iştirakçısı,Fizulidən Şuşaya qədər şanlı zəfər yolu keçmiş hərbiçimiz Polkovnik-Leytnant Faiq Salmanovdur.
Qəhraman zabitimiz bildirir ki, ödədiyi əlavə pula görə deyil ona və digər müharibə iştirakçılarına qarşı edilmiş hörmətsizliyə görə məyusdur.O, bu ilin sentyabr ayında adı çəkilən şirkətdən kredit yolu ilə telefon və noutbuk götürdüyünü bildirir. MN-nin N saylı hissəsində xidmət edən hərbiçimiz sentyabrın 27-dən etibarən Vətən uğrunda döyüşlərə qatılıb.Müharibə bitdikdən sonra, dekabrın əvvəlində xidmət etdiyi hərbi hissəyə qayıtmışdır.O,"Kontakt Home"ya yaxınlaşaraq kredit borcunu ödəmək istədiyini bildirir.Oradan bildiriblər ki,müharibə ilə əlaqədar hərbiçilərin kreditləri dondurulub.Onlara buna görə təşəkkür edən Polkovnik-Leytnant Faiq Salmanov müharibədən qayıtdığı üçün üç aylıq kredit borcunu ödəmək istədiyini vurğulayıb. Beləliklə ödəniş edən zaman ona bildiriblər ki, kreditin iki aylıq dondurulduğu vaxta görə də əlavə olaraq faiz ödəməlisiz.Zabit buna etirazını bildirir.Şirkətin işçisi rəhbərliyə bu etiraz barədə məruzə etsə də rəhbərlik heç bir güzəştdən söbət gedə bilməz deyə cavab verib.“Kontakt Home” öz səhifəsində "Qarabağ müharibəsi iştirakçılarına tətbiq olunan güzəştlər"barədə böyük bir yazı yerləşdirsə də bu cəfəngiyatdan başqa bir şet deyilmiş.Bəs deyirdiniz kredit dondurulub.Görünən odur ki "Kontakt Home" nin "vətənpərvərlik" maskası yırtıldı.Müharibə iştirakçılarına qarşı olan reklam xarakterli "yalançı güzəşt"lərin üstü açıldı.