Azadlığa çıxan sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuata verdiyi açıqlamada jurnalisti təhdid edib.
"BakuPost" xəbər verir ki, İ Əliyevin sözlərinə görə, saytlardan biri onun fotosunu paylaşaraq, "Kefim kökdü, kefimi pozmuram" yazıb. Sabiq deputat bununla bağlı xəbərdarlıq edib:
"O sayt iki gün ərzində mənim dediyim həmin sözlərin səs yazısını mediada yayımlamasa, onları tapıb cəzalandıracam. Deyilməyən sözə görə, insanı cəmiyyət qarşısında alçaltmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır".