Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

VHP-dən təhsil tələbi: Dərslər açılsın

VHP-dən təhsil tələbi: Dərslər açılsın

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) dərslərin başlanması ilə bağlı bəyanat yayıb. "BakuPost"un məlumatına görə, sənəddə deyilir:


 



“Pandemiya tələblərindən irəli gələn şərtlər cəmiyyətin bir çox sahələrində ciddi itkilər və geriləmə yaşatdı. Bu sırada təhsil sistemi xüsusilə diqqət çəkir. Məlum olduğu kimi mart ayının 3-dən Azərbaycanda dərslər dayandırılıb müvafiq qurumların son açıqlamalarında da ümidverici məqamlar yoxdur. Son qərara əsasən məktəbəqədər və icma əsaslı məktəblərin fəaliyyəti oktyabrın 1-də başlanacaq və bu səviyyə üzrə dərslərin həftədə 2 gün keçiriləcək. Sentyabrın 15-dən isə ibtidai siniflər dərsə başlayacaq və I sinif şagirdlərinin həftədə 3, digər sinif şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi qərarlaşılıb. V-IX siniflərdə isə sentyabrın 15-dən dərslər onlayn qaydada başlayacaq və 1 oktyabr tarixindən V-IX siniflərin məktəbə əyani şəkildə gəlməsi planlaşdırılır.


Əlbəttə pandemiya təhlükəsi və bundan insanların qorunması vacibdir. Amma bütün dünyada tüğyan edən COVİD-19 yoluxmasının şərtləri altında cəmiyyətin mühüm sahələrinin fəaliyyətini tam bərpa edilməsinin yolları da mütləq tapılmalıdır. Əksər ölkələr bu istiqamətdə ciddi nəticələr əldə ediblər və bu səbəbdən ənənəvi təhsilin davam etdirilməsinə başlanıb. Azərbaycanın bu prosesdən kənarda qalması təəssüf doğurur.


Əslində Təhsil Nazirliyinin və Operativ Qərargahın təhsillə bağlı son qərarı subyektiv ümumiləşmə əsasında verilib. Bu il ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri epidemioloji vəziyyət gərgin olduğu Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Yəni ibtidai sinif şagirdlərinin yarıdan çoxu ümumiyyətlə karantin elan olunmayan bölgədə yaşayır. Ölkədə ümumilikdə fəaliyyət göstərən 4439 məktəbdən cəmi 182-də 1500 və ya daha çox şagird təhsil alır, digər məktəblərdə şagird sayları əsasən aşağıdır. Ümumiyyətlə, 53 faiz və yaxud 2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır. Digər 47 faiz və ya 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur. Yəni ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problem mövcud deyil. Ölkə üzrə cəmi 338 sinifdə şagird sayı 40-dan yuxarıdır ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsini etmək olardı. Şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Hətta bəzi kənd məktəbləri var ki, şagird sayı 100-ü keçmir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. Belə bir statistika qarşısında bütün ölkə boyunca təhsilin məhdudlaşdırılması yalnız bacarıqsızlığın göstəricisidir. Alternativ olaraq distant təhsilin təklif edilməsi isə ikinci qeyri-peşəkarlıq əlamətidir.


Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, ənənəvi təhsilin yerini vermir. Şagirdlərin məktəb və müəllimlərlə ünsiyyətdə olmamasının onların formalaşmasında mənfi iz buraxacağı şübhəsizdir. Digər bir tərəfdən şagird sayının az olduğu, karantin elan olunmayan bölgələrdə internet və televiziya imkanlarının məhdudluğu etiraf olunmalıdır. Bütün bunlar təhsil və məktəblərin açılması ilə bağlı qərara yenidən baxılmasını zəruri edir. Sonu görünməyən pandemiyanın qarşısında acizlik göstərib yeni şəraitdə əvvəlki həyat tərzinin qurulması üçün addımlar atılmasa bunun nəticələri ağır olacaq. Bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir, onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Şagird və tələbələr bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. İndiki şəraitdə qısa müddətdə bu mühiti yaradaraq dərslərin bərpasına nail olmaq olar.


Vətəndaş Həmrəyliyi Partiyası Təhsil Nazirliyini və Operativ Qərargahı təhsilin önəmini əsas tutaraq ənənəvi əyani təhsil sistemini bərpa etmək üçün gərəkən tədbirləri görməyə çağırır”.


 


Teqlər:
Bu xəbər cəmi 2420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR