Xeberal.Az xəbər verir ki, bir neçə gün öncə Hadı Rəcəblinin nəvəsinin toyu barədə xəbər vermişdik. Sosial şəbəkələrdə həmin toya aid olduğu iddia edilən görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, məclisdə xeyli adam olub və karantin qaydaları gözlənilməyib. Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, modern.az Hadı Rəcəblinin nəvəsinin toyu ilə bağlı məsələyə toxunaraq yazmışdı ki, “Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi – oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında – açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.
Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib. Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.