"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunan şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşlara ödəniş yaxın vaxtlarda ediləcək".
Narinci.com bildirir ki, bu fikirləri Qazet.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı bildirib.
O bildirib ki, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq.
Vəsait iyul ayı üzrə birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.