Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində “Nar” fiziki məhdudiyyətli insanları diqqətdən kənarda saxlamayıb. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mobil operator eşitmə və nitq məhdudiyyətli insanlara dəstək olub. Belə ki, “Nar” eşitmə və nitq məduduyyəti olan şəxsləri koronavirusdan qorumaq məqsədilə qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təmin edib. “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində 1500-ə qədər eşitmə və nitq məduduyyəti şəxsə qoruyucu vasitələr paylanıb.
Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir. “Nar”ın korporativ sosial məsuliyyət (KSM) layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. YENIMEYDAN.info