Yanvarın 26-sı “Silahları üstümüzdən çəkin!” aksiyasında 400 manat cərimələnən və cəriməni ödəməkdən imtina etdiyi üçün ictimai işlərə cəlb olunan jurnalist Xədicə İsmayıl bu gün cəzanın icrası ilə bağlı məhkəmə qərarlarının icrası şöbəsinə çağırılıb. jurnalist bu barədə facebook hesabında məlumat verib. Jurnalist bildirib ki, ona təqdim edilən sənəddə 220 saat dalandar və ya süpürgəçi işi görmək təklif olunub:
“İzah etdilər ki, dalandar - arxa küçələri, süpürgəçi mərkəzi küçələri süpürür. Mən yəqin ki, sabah gedib süpürgəçi işini görəcəyim barədə iltizam verəcəyəm. Növbəti həftədən işə başlayacağıq.
Gündə 4 saat bu işi görmək öhdəliyim var. Artıq analoqu olmayan inkişafdan - Binəqədi rayonunun mərkəzi küçələrində yüksək ixtisaslı kadrların çalışmasından danışa bilərsiniz.
Bu ölkəni zir-zibildən təmizləmək bizə düşər! Təmizləyəcəyik!”.