Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hərbi pensiyaçılar dövlət rəhbərinə müraciət etdilər: "Cənab Prezident! Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, .."

Hərbi pensiyaçılar dövlət rəhbərinə müraciət etdilər:
Yenimeydan.info yazır ki, hərbi pensiyaçılar ƏƏSMN-nin hərbi pensiya qanunvericiliyinə təklif etdiyi dəyişikliklərlə bağlı Prezident İlham Əliyevə müraciət edirlər! Müraciətin 1 surəti Yenimeydan.info-nun elektron poçtuna daxil olub. Müraciətin tam mətnini təqdim edirik:


Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Surəti: Milli Məclisin sədri

Sahibə xanım Qafarovaya

Surəti:Müdafiə Naziri

Cənab Zakir Həsənova

Surəti:ƏƏSMN Cənab Sahil Babayevə

Surəti:İnsan Haqqları üzrə Müvəkkil-

Ombudsman Səbinə xanım Əliyevaya

EHTİYATDA VƏ İSTEFADA OLAN HƏRBİ QULLUQÇULAR,

HƏRBİ PENSİAYAÇILAR TƏRƏFİNDƏN

M Ü R A C İ Ə T

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Uzun illər ərzində gəncliyini və sağlamlığını Azərbaycan dövlətiniə və xalqına canla-başla xidmətə həsr etmiş, hazırda ehtiyatda və istefada olan on minlərlə hərbi qulluqçunın hüquqlarının kobud şəkildə pozulmasına və onların dövlətdən incik salınmasına, cəmiyyətdə süni gərginlik yaradılmasına, hərbi peşənin prestijinin aşağı düşməsinə yönəlmiş ƏƏSMN-nin irəli sürdüyü təhlekəli qanun dəyişikliyi barədə Sizi məlumatlandırırıq.



Məsələnin mahiyyəti ondan ibarətdir ki, artıq bir müddətdir ki, ƏƏSMN pensiya qanunvericiliyinin təkmilləşdirilməsi adı altında on minlərlə hərbi pensiyaçının hüquqlarının kobud şəkildə pozulmasına yönəlik zərərli, qanunsuz və təhlükəli dəyişiklik təklif edir.



Belə ki, sizin də bildiyiniz kimi, hərbi xidmət dövlət xidmətinin xüsusi növü olmaqla spesifik bir fəaliyyətdir. Ömrünü hərbçi peşəsinə həsr edərək uzun müddət ərzində dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmiş ölkəmizin vətənpərvər övladları hərbi xidmətin çətinlik və məhrumiyyətlərinə sinə gərərək layiqli pensiya alacaqlarına ümid edirdilər və dövlət də buna zəmanət vermişdi.

Məhz hərbi xidmətin spesifikasını nəzərə alaraq həm sovet dövründə, həm də müstəqillik dövründə hərbi qulluqçuların pensiya təminatı ayrıca və xüsusi qanunla tənzmlənirdi.

Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında qanun” islahat adı altında 2006-cı ildə ləğv edilərək onun bəzi müddəaları “Əmək pensiyaları haqqında” qanuna əlavə edilmişdir.

Əvvəlki qanunda hərbi qulluqçquların pensiyalarının iki halda artırılması nəzərdə tutulmuşdu və bu da qanunda aydın şəkildə yazılmışdı;

- Təminat xəcliyi artdıqda (maddə 57);

- Dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar (maddə 58).

ƏƏSMN islahat adı altında yeni qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunda həmin iki əsası heç kimin başa düşməyəcəyi tərzdə əvvəlcə bir maddədə birləşdirdi, (2006-cı il) indi isə təklif edir ki, indeksasiya aparılanda qanunla nəzərdə tutulmuş digər artım (təminat xəcliyi artdıqda) artıq qanundan yığışdırılaraq ləğv olunsun.

Belə ki, hazırda hərbi qulluqçuların pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna əsasən tənzimlənir və biz də qanuna tabe olan vətəndaşlar kimi bu qanuna əsasən hərəkət edirik.

Həmin qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Bu məsələ aydındır ki, ölkə valyutası inflaysiya uğrayırsa bütün pensiyalıar da indeksləşdirilməlidiir.Bizim buna heç bir iradımız yoxdur.

Həmin qanunun 29.2 –ci maddəsinə səasən, həmin şəxslərin (yəni hərbi qullquçualrın) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

İndi məsələ ondan ibarətdir ki, ƏƏSMN bu iki məsələni qarışdıraraq hərbi pensiyaların indeksasiyasını təklif edərək eyni zamanda təminat xərcliyi artdıqda pensiyamızım yenidən hesablanmamasını və bu imtiyazın qanundan yığışdırılmasını təklif edir.

Yəni, adını pensiya qanunvericiliyinin təkmilləşdirilməsi qoyurlar, əslində isə təklif edirlər ki, hərbi pensiyalar bütün əmək pensiyaları kimi indeksasiya olunsun, lakin hərbi qulluqçuların qanunda nəzərdə tutulmuş imtiyazı - təminat xərcliyi sonradan artırıldıqda, pensiyası yenidən hesablanmasın. Hərbi pensiyaçıları bu imtiyazdan məhrum etmək istəyirlər. Bu olduqca təhlükəli tendensiyadır və biz qəti şəkildə bunun əleyhinəyik.



Birincisi, pensiyaların indeksasiyası artım deyil. Hər il ölkə valyutası inflyasiyaya uğradıqda, dolanışıq xərclərində - istehlak səbətində dəyişiklik baş veir, alıcılıq qabiliyyəti azalır və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də indeksasiya – itirlmiş itkinin bərpası aparılmalıdır, bu da qanunda nəzərdə tutulmuşdur və düzgündür;



Ikincicisi, hərbi qulluqçuların əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı, təminat xərcliyi sonradan artırıldıqda pensiyalarının yenidən hesablanması hüququ vardır və bu da qanunla təsbit olunmuşdur;



Üçüncüsü və ən əsası, gördüyünüz kimi, indeksasiya ilə təminat xərcliyi artıqda hərbi qulluqçuların pensiyasının yenidən hesablanması ayrı-ayrı məsələlərdir, biri o birini özündə ehtiva etmir, bir-birinə mane olmur və qanunun bir tələbini tətbiq etməklə digər tələbini, hərbi qulluqçuların imtiyazını ləğv etmək islahat deyil, əksinə on minlərlə hərbi pensiyaçını dövlətdən incik salmağa yönəlmiş, düşünülməmiş, təhlükəli və zərərli bir addımdır ki, buna heç bir halda yol vermək olmaz.



Cənab Prezident!

Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, ƏƏSMN ciddi şəkildə tapşırılsın ki, həm hərbi xidmətdə olan, həm də ehtiyata və ya istefaya buraxılmış on minlərlə hərbi qulluqçunu dövlətdən incik salmağa yönəlmiş, cəmiyyətdə süni gərginlik yaradılmasına, hərbi peşənin prestijinin aşağı düşməsinə yönəlmiş təhlükəli və düşünülməmiş dəyişiklikdən imtina olunsun, gələcəkdə bu cür hallara heç bir halda yol verilməsin.

İnanırırq ki, Sizin müdaxilənizdən sonra məsələ müsbət şəkildə həll olunacaqdır.

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

İmza: Ehtiyatda və istefada olan hərbi qulluqçular



“____” avqust 2020-ci il



P.S. Dəyərli hərbi pensiyaçılar!

ƏƏSMN-nin hərbi pensiya qanunvericiliyinə təklif etdiyi dəyişikliklərdə pərdələnmiş təhlükənin olmasını nəzərə alaraq ölkə başçısına, Milli Məclisə və müvafiq dövlət qurumlarına müraciət hazırlanır.

Müraciətin onlayn versiyasının nümunəsini bura əlavə edirəm. Maksimum paylaşın. Kimin imkanı varsa saytlarda yerləşdirsin. Çap versiyası üçün sizin mütəşəkkilliyiniz və imzalarınız gərəkəcək. Arzu edənlər əlaqə saxlasın, imza formasını verək doldursunlar. Yaxşı olardı ki, bölgələr üzrə, iri şəhərlərdə hərbi pensiyaçıların sıx yaşadığı yerlərdən əlaqə saxlanılardı (Məsələn: Naxçıvan, Gəncə, Mingeçevir, Sumqayıt, Bakı, Lənkəran və s) Ən yaxın müddətdə imzalı şəkildə ölkə başçsına və müvafiq qurumlara göndərməliyik.


Teqlər:
Bu xəbər cəmi 3155 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR