Moderator.az millət vəkili Etibar Əliyevin Milli Məclisin 06 avqust 2020-ci il tarixdə keçirilən növbədənkənar iclasındakı çıxışını təqdim edir:
Hörmətli Sahibə xanım, Hörmətli Millət vəkilləri!
Büdcədəki dürüstləşmələr Təhsil sektorundan də yan keçməmişdədir. Təhsildə xərclər 121 milyon manatdan çox azaldılır.
Azaldılma məktəbəqədər təhsildə 35,3 milyon manat 10,8 faiz nəzərdə tutulur. Təhsilin məktəbəqdər həlqəsi ən məzlum həlqədəir. Ölkə üzrə məktəbəqdər təhsilin əhatə dairəsi 18 faizdir. Ölkə üzrə 30 faiz yaşayış məntəqəsində uşaq bağçaları yoxdur. Bir neçə il əvvəlin Proqnozlarına görə, 2020-ci ildə məktəbəqədər təhsilin əhatə dairəsi 90%-ə çatdırılmalı idi. Lakin çatdırıldımı?
Uşaqlar pandemiya ilə bağlı bağçaya getmirsə, xərclər azaldılmalı idimi? Burda əsas məsələ vəsaitin qənaətidirsə, bu, uşaqların təhsili və tərbiyəsi hesabına başa gəlməli deyil. Pandemiyanın qurtarmasını proqnozlaşdıra bilmişikmi? Kəsilən vəsaitin hesabına məktəbəqdər təhsilin şəbəkəsini qismən də olsa genişləndirmək olar. Bu vəsaiti uşaq bağçaları çatışmayan rayonlarda baxçaların açılmasına sərf etmək lazımdır.
Hesablama palatasının təqdim etdiyi materialın 32-ci səhifəsində əks olunan 8-ci cədvəldən göründüyü kimi, Dövlət sifarişi ilə ali təhsilin maliyyəsi və təhsil sahəsində digər tədbirlərin xərcindən 40,1 milyon azaldılıb. Ölkədə ilbəil dövlət sifarişli yerlərin sayı artırılır və əvvəllər verilimiş qərarlara müvafiq olaraq 55 faizə qədər yüksəldilməsi nəzərdə tutulur. Sizcə bu azalma indiyə qədərki qərarlarla ziddiyyət təşkil etmirmi? 2019-2020 tədris ilində dövlət sifarişli yerlərin sayı 16 min nəfər artırılmışdı. Nəzərinizə çatdırıram ki, 176 min tələbənin 70 mini Dövlət sifarişi ilə təhsil alır. Bu ixtisar həmin yerlərin 30 faiz azalmasına gətirib çıxaracaqdır. Bu geriyə doğru addım deyilmi?
Bununla yanaşı iki təklifimi səsləndirmək istəyirəm:
Ölkədə təhsil haqlarının ödənilməsində yaranan problemlərlə əlaqədar olaraq, Dövlət büdcəsində təhsil kreditləri ilə bağlı xərclər nəzərdə tutulsun. Düşünürəm ki, gec də olsa bu barədə qərar qəbul olunmalıdır.
Ali məktəblərdə tələbələrin ödədikləri təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqlarına sərf olunur. Tələbə təhsilhaqqı ödəmədiyi halda əməkhaqqı problemi yaşana bilər. Təklif edirəm ki, bu problemi öncədən görmək və həlli məqsədlilə dürüstləşən büdcədən vəsait nəzərdə tutulsun.