Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rövnəq Abdullayev siyasi səhv buraxdı

Rövnəq Abdullayev siyasi səhv buraxdı
AFFA prezidenti Naxçıvanı Azərbaycan ərazisi saymadı; o, bu bölgədə 20 ildir daxili çempionatın keçirilməsindən xəbərsizdir

Naxçıvanın «Araz» futbol komandasının yenidən formalaşması barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, «Araz»ın I dəstədə iştirak etmək istəyi AFFA prezidenti Rövnəq Abdullayevin maneəsi ilə üzləşib. Belə ki, AFFA çempionatda iştirak etmək istəyən «Araz»a lisenziya verməkdən imtina edir.


 


Bu məsələ mətbuatda və ictimaiyyət arasında geniş əks-səda doğurub. Virtualaz.org-un verdiyi məlumata görə, AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirib.


 


Rövnəq Abdullayev deyib ki, I divizionda çıxış edən komandaların maliyyə imkanları o qədər də böyük deyil: “Naxçıvanın “Araz” klubu I liqada iştirak etmək üçün AFFA-ya müraciət edib. Biz buna çox sevindik. Ancaq komandanın bir yerə gedib-gəlməyi çətindir. Ona görə artıq baş katib Elxan Məmmədova göstəriş vermişəm ki, UEFA ilə də danışıqlara başlasın. Bu, Naxçıvanda regional yarışların keçirilməsi üçündür. Naxçıvanın 6 rayonunda bir neçə komandanın iştirakı ilə region liqası keçirilməsinə çalışırıq. Həmin liqanın qalibi ilə I liqa təmsilçisinin görüşündən sonra güclülər dəstəsinə komandalardan biri çıxsın. Biz şərait yaradacağıq ki, “Araz” oynasın və Naxçıvanda futbol inkişaf etsin”. 


 


Rövnəq Abdullayevin bu açıqlaması ziddiyyətli məqamlarla zəngindir. Birincisi, AFFA prezidenti hələ də bilmir ki, 20 ildir Naxçıvanda daxili çempionat keçirilir. Bu daxili çempionatda Naxçıvan Muxtar Respublikasının bütün rayonlarını təmsil edən komandalar iştirak edirlər. Belə olduğu halda Naxçıvanı bütün Azərbaycandan ayırmağa, orada hansısa əlahiddə regional liqanın keçirilməsinə nə ehtiyac var? Bu, siyasi naşılıq olardı.


 


İkincisi, AFFA prezidenti bildirir ki, Naxçıvan regional liqasının qalibi ilə qalan Azərbaycanın (?-red.) I dəstəsinin qalibi öz aralarında oyun keçirməli və qalib komanda elitaya vəsiqə qazanmalıdır. Bu addım Naxçıvanı Azərbaycandan ayırmaq deməkdir. Belə çıxır ki, R.Abdullayev Naxçıvanda futbolun inkişafını “ayrıca götürülmüş muxtar respublikada futbolun inkişafı” kimi qavrayır. Bununla da Naxçıvanı Azərbaycandan ayırır.


 


Ölkədə regional liqalar ola bilər. Amma bu, bütün regionları əhatə etməlidir. Məsələn, cənub regional liqası, şimal regional liqası, qərb regional liqası formatında….


 


AFFA isə indilikdə təkcə Naxçıvanda regional liqa keçirməklə faktiki olaraq Naxçıvanı Azərbaycandan ayırır. Üstəlik bu ideyanın reallaşması üçün də müəyyən vaxt lazımdır. Bu, o deməkdir ki. Rövnəq Abdullayev bütün rıçaqları işə salıb ki. «Araz» bu mövsüm Azərbaycan çempionatında iştirak etməsin. Regional liqa təşəbbüsünün də ortaya artılması bunun bariz göstəricisidir. Hələ ki. bununla vaxt qazanmaq istəyirlər. Görünən odur ki, «Araz»ın yaranması məsələsi idman prinsiplərini siyasi çəkişmə müstəvisinə dəyişib. Deyəsən, «Araz» hələ bir müddət «lilli axacaq». 

Teqlər:
Bu xəbər cəmi 1905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR