Yeni meydan .info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib:
“Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır”.
İ.İbrahimova qeyd edib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir.
Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.