"Yenimeydan.info " xəbər verir ki, 10 iyul–8 avqust 2013-cü il tarixlərində bu kampaniyaya qoşulan abunəçilər endirimli tariflə danışmaq imkanı əldə edəcəklər. Belə ki, kampaniyanın şərtlərinə əsasən göstərilən tarix ərzində 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün Azercell Fakturasız Xətt abunəçiləri axşam saat 8-dən səhər saat 8-dək ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.
Məlumat üçün bildirək ki, abunəçilər bu kampaniyadan yalnız ölkədaxili zənglər çərçivəsində yararlana bilər. Eyni zamanda, GəncSim abunəçiləri də, Ramazan kampaniyasında iştirak edərək, 3-cü dədiqədən sonra pulsuz danışa bilərlər.
Bu yeni kampaniya ilə Azercell öz abunəçilərinə müqəddəs Ramazan ayı ərzində doğmaları ilə daha yaxından ünsiyyət saxlamağa yeni bir imkan yaradır.