Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.
Bakı şəhərində məşhur Alov Qüllələrində yerləşən “Fairmont” oteldə məştürilərin kütləvi şəkildə hovuzda dincəlməsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Hazırda polis oteldə əməliyyat keçirir, müştərilər obyektdən çıxarılır.