Türk professor Məhmət Ceyhan kafe və restoranlarda servis edilən içki və yeməklərdən koronavirusa yoluxan insanların mövcud olduğunu bildirib.
Moderator.az xəbər verir ki, professorun sözlərinə görə çay və qəhvə içərkən əgər şübhəniz varsa, özünüzlə yaş əl kağızı və ya dezinfeksiya üçün adekolon götürün.
Professor kafe və restoranlarla bağlı bunları deyib:
“Restoran və kafelərdə servis edənlərlə bağlı elə bir risk yoxdur. Çünki onların qaydalara riayət edib etməməsini özünüz müşahidə edə bilərsiniz. Lakin içki və yeməkləri hazırlayanları görmürük. Onların içində virus daşıyıcıları da ola bilər. Restoranda olarkən istifadə etdiyiniz qab, stəkan, çəngəl və bıçaqları mütləq silməlisiniz”-deyə o, bildirib.