Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərsu” koronavirusun dəhşət saçdığı indiki vaxtda sakinləri SUSUZ QOYUB

“Azərsu” koronavirusun dəhşət saçdığı indiki vaxtda sakinləri SUSUZ QOYUB
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsinə suyun verilişində ciddi problemlər yaşanır Mövcud vəziyyət böyükdən kiçiyə hər bir vətəndaşı COVID-19 virusu ilə mübarizədə aciz duruma düşürə bilər Sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl etməliyik və edəcəyik, lakin 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək susuz qalsaq, bu, bizim üçün heç də asan olmayacaq


Məni şəxsən tanıyanlar, qələmimə, imzama bələd olanlar bilirlər ki, yazılarımda hər hansı bir şəxsə, eləcə də dövlət qurumlarına qarşı əsla qərəz nümayiş etdirməmiş, Jurnalistlərin Peşə Davranışı Qaydaları və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərindən kənara çıxmamışam. Heç bir halda peşəmdən şəxsi maraqlarım üçün istifadə etməmişəm və əsla etmərəm. Çünki mənim üçün Vətənimin, millətimin, dövlətimin maraqları hər şeydən və hər kəsdən daha üstündür. Bu, bir prinsip məsələsidir. Lakin bəzi məqamlar olur ki, ölkənin digər vətəndaşları kimi biz mətbuat nümayəndələri də bu və digər məsələ ilə bağlı şikayətçi durumuna düşür və bu səbəbdən də üzləşdiyimiz problemi ictimailəşdirmək məcburiyyətində qalırıq. Odur ki, bu cür hallarda digər vətəndaşların problemlərini işıqlandırdığımız kimi, bizim də rastlaşdığımız neqativ halları aidiyyəti qurumların diqqətinə çatdırmağımız təbii qəbul olunmalıdır. Məhz buna görə də fəaliyyətindən narazı olduğum “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə bağlı ölkə başçısına şikayət xarakterli müraciət etmək qərarına gəlmişəm.



Hörmətli cənab Prezident, artıq bir neçə gündür ki, “Azərsu” tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsinə suyun verilişində ciddi problemlər yaşanır. Xeyli müddətdir ki, sözügedən küçənin sakinləri fasiləsiz su ilə təmin edilmir. Qeyd edim ki, mən də adıçəkilən ünvanda yaşayıram və buna görə də deyə bilərəm ki, əsasən yay aylarında su sarıdan ciddi şəkildə əziyyət çəkirik. Nədənsə bu ilin iyun ayının 6-dan etibarən su sarıdan problemimiz daha şiddətli xarakter almağa başlayıb. Məsələn, S.Cəfərov küçəsinə verilən suyun təzyiqi gah olduqca zəif olur, gah da ümumiyyətlə, suyun verilişi dayandırılır.



Bu ərazilərində su olmayacaq



Cənab Prezident, demək olar ki, hər gün ASC-nin 955 Zəng mərkəzinə telefon açır və küçəmizə suyun verilmədiyini bildirir, əvəzində eyni cavabı alıram: “Həmin ərazidə suyun təzyiqində problem var, indilərdə aradan qaldırılmalıdır”. Lakin təzyiqin bərpası xeyli vaxt aparır, ya da ümumiyyətlə suyun verilişi bərpa olunmur. Qeyd edim ki, son günlər pik saatlarda, insanların evdə olduğu vaxtlarda ümumiyyətlə, su verilmir. Onu da bildirim ki, təxminən, bir il əvvəl qəsəbəyə fasiləsiz suyun veriləcəyini bəyan edərək, yaşayış binalarının damında quraşdırılmış su çənlərini ləğv edilib. Lakin su çənlərini ləğv etdikdən sonra qara günlərimiz başladı. Halbuki əvvəl su verilmədikdə çəndən istifadə edirdik. İndi isə nə çən var, nə də fasiləsiz su verirlər.



Hörmətli Prezident, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünlərdə yaydığı məlumatda deyilir ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Beləliklə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə yenidən iki gün evdə qalmalıyıq. Təbii ki, qanun qarşısında boynumuz qıldan incədir və bu səbəbdən də qanunlara hörmətlə yanaşan hər bir Azərbaycan vətəndaşı kimi bizlər – Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsinin sakinləri də sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl etməliyik və edəcəyik. Lakin 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək susuz qalsaq, bu, bizim üçün heç də asan olmayacaq. Artıq hər kəs bəllidir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının sürətlə yayılmasından narahatlığını ifadə etməklə yanaşı, dünya əhalisini qoruyucu maskalardan istifadə etməyə və müvafiq gigiyena tədbirlərinə əməl olunmasına çağırıb. Bundan başqa, həm yerli, həm də əcnəbi həkimlər, mütəxəssislər COVID-19 virusundan qorunmaq üçün sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əlləri yumağı tövsiyə edib. Belə ki, mütəxəssislərin sözlərinə görə, hər bir şəxs əllərini axar su ilə islatmalı, sabunla birlikdə ovuşdurmalı, barmaqların və dırnaqların arasını yaxşı sabunlanmalı, daha sonra əllərini axar suyun altında durulamalıdır. Eyni zamanda, Siz də Bakının Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı zamanı məhz bu məsələyə dair fikirlərinizi bəyan etmisiniz. Belə ki, “Biz sənaye imkanlarımızdan istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər” deməklə yanaşı, bildiribsiniz ki, maskadan istifadə qapalı şəraitdə mütləqdir: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”. Həqiqətən də çox düzgün qeyd etmisiniz ki, vətəndaşlar şəxsi gigiyenaya fikir verməlidir. Lakin bunun üçün ilk növbədə vətəndaşlar su ilə təmin olunmalıdır. Qeyd etdiyim kimi, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsinin sakinləri artıq bir müddətdir ki, su sarıdan əziyyət çəkir. Belə olan halda adıçəkilən küçənin sakinlərinin şəxsi gigiyenaya fikir vermələri müşkül, hətta bəzən mümkünsüz olur. Allah göstərməsin, bu isə mən də daxil olmaqla, həmin küçədə yaşayan böyükdən kiçiyə hər bir vətəndaşı COVID-19 virusu ilə mübarizədə aciz duruma düşürə bilər.



Cənab Prezident, bilirik ki, ölkəmizdə dövlətin və onun müvafiq orqanlarının Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq koronovirusla mübarizə məqsədilə həyata keçirdikləri qabaqlayıcı tədbirlər bu virusun yayılmasının qarşısının alınmasında və nəzarətdə saxlanılmasında böyük əhəmiyyətə malikdir. Bunu danmaq, yumşaq desək, insafsızlıq olar. Lakin onu da istisna etmək olmaz ki, susuz qalan və bu səbəbdən də şəxsi gigiyenaya fikir verməkdən məhrum olan vətəndaşlar özləri də istəmədən, fərqinə varmadan virusa yoluxa, eyni zamanda onlarla, bəlkə də daha çox insanı yoluxdura bilər. Bunun baş verməməsi, dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticələnməsi üçün mütləq “Azərsu” ASC üzərinə düşən vəzifəni tam şəkildə icra etməli, vətəndaşların fasiləsiz su ilə təminatında yaranan problemləri dərhal aradan qaldırmalıdır. Ümid edirəm ki, Sizə müraciətimdən sonra nəhayət, üzləşdiyimiz problem tezliklə aradan qaldırılacaq. Qeyd etdiyiniz kimi, “Biz birlikdə güclüyük” və əminəm ki, Azərbaycan bu sınaqdan da alnıaçıq-üzüağ çıxacaq.



Vazeh BƏHRAMOĞLU


Teqlər:
Bu xəbər cəmi 2265 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR